Dərslərin   başlayacağı tarixlə  bağlı   - Rəsmi açıqlama

Elm 21:17 / 12.08.2023 Baxış sayı: 1670

Bu il dərslərin 15 sentyabrda başlaması təsbit edilib.

Yenises.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.

“Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli 66 nömrəli qərarına əsasən, həmçinin hər il Elm və Təhsil Nazirliyinin əmri ilə təsdiq edilən tədris planlarında ümumi təhsil müəssisələrində tədris ilinin 15 sentyabrda başlaması təsbit edilib” - nazirliyin məlumatında qeyd olunub.