Daha bir erməni eybəcərliyi də torpağımızdan silindi - QARABAĞDA

Ordumuz Azərbaycan- Ermənistan sərhədində ermənilərin quraşdırdığı
“Azad Artsax sizi salamlayır" lövhəsini aradan qaldırıb.
Yenises.az bildirir ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsində, rus sülhməramlıların məsuliyyət zonasında məskunlaşan separatçıların uzun illərdir “göz bəbəyi kimi” qoruduqları “azad artsax sizi salamlayır” nişanı sökülüb.
Ermənistandan Laçın yoluna girərkən qoyulan bu yol nişanı və ətraf ərazilər artıq Ordumuzun nəzarətindədir.