"Bu hücumu şiddətlə qınayıram" -Ərdoğan

Gündəm 20:41 / 27.01.2023 Baxış sayı: 1688

"Azərbaycanın Tehrandakı səfirliyində bir mühafizə əməkdaşının şəhid olduğu hücumu şiddətlə qınayıram".

Yenises.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Twitter"də yazıb.

"Azərbaycanlı qardaşlarımıza başsağlığı verir, yaralılara şəfa diləyirəm. Türkiyə can dostu və qardaşı Azərbaycanın yanındadır", - dövlət başçısı bildirib.