Bəhram Bilaloğlu - Pilləkəndi həyat adlı bu ömür,

Pilləkəndi həyat adlı bu ömür,
Yaş artdıqca,addım-addım gedirsən.
Yüksəlib göylərə gördüyün eşqi,
Salırsan yaddaşa,daddım deyirsən.
Ömrün boranı var, ömrün qışı var,
Ağ qarı üşütməz,sazaq olmasa.
Mənim ümidimdi, tale yazımdı,
Ovçular neyləyər,maraq olmasa.
Ruhunu düşməyə qoymaz adamlar,
Qəlbinə, könlünə nəzər salarlar.
Aylar ibadətə sarılacaqsa,
Gözəl əməllərin ömür alarlar.
Allahdan kəsilməz zərrə qədərlər,
Nəfəs verən də O, yaşadan da O.
Ağırı, yüngülü nizamlayan da,
Bəndəyə bir ömrü, daşıdan da O.