Azərbaycan, Türkiyə və Gürcüstan arasında hərbi əməkdaşlıq müzakirə olundu

SİYASƏT 20:42 / 16.04.2024 Baxış sayı: 841

Tibilisidə Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milli Müdafiə Komitəsinin sədri Hulusi Akarla Gürcüstan Müdafiə Nazirliyinin rəhbəri İrakli Çikovani arasında görüş keçirilib.

Yenises.az  "Unikal" -a istinadən xəbər verir ki, görüş zamanı Azərbaycan, Türkiyə və Gürcüstan arasında hərbi əməkdaşlıq müzakirə olunub.

Bildirilib ki, Üçtərəfli əməkdaşlığın məqsədi regional təhlükəsizliyi gücləndirməkdir.

Qeyd edək ki, bu il Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçiriləcək.