Adilə Səfərova : - Ayrilıq intiharmis

Qəribə məkanda,
qərib şəhərdə səninlə
qəfildən üz-üzə ğəldik.
Duydum baxışında
o çaşqınlığı
bürüdü cöhrəni
qar bəyəzlığı,
Elə ki səninlə
göz- ğözə gəldik.
Mənim də elə bil
dünyam dağıldi,
Köksümə acı bir qəhər yiğıldı.
Sinəmdə kükrədi səmum küləyi,
İçimdə şimşəklər tüğyan eylədi,
Bağrıma od salıb al -qan eylədi
Bilmədim qəlbimdə qopardı nəyi...
Söylə nədən məni görməzdən gəldin
Hicran oxu ilə köksümü deşdin.
Qəfil üz çevirdin ayrı bir yola
Yanında olanla verib qol-qola,
Yanımdan yad kimi adlayıb keçdin,
Könlümü zalımca odlayıb keçdin.
Sən axı eşqimin yaz çicəyiydin,
Pak eşqin ətirli gül ləcəyiydin.
Səninlə duymuşdum sevginin dadın,
Könlümə şam idi eşqinin odu.
Sən demə zənnimdə mən yanılmisam,
Səni taleyimə işıq sanmışam,
Nahaqdan oduna alovlanmısam.
Sən demə, sevgi yox
göz qamaşdiran
yalançı şimşəkmis qəfildən çaxan...
Sən demə, bu sevgi
yandırib yaxan
Günəş yox,
al parıltılı
axan ulduz imiş
sayrışıb söndu,
Yaz ömrüm saralıb xəzana döndü.
Butöv olammadım qaldım yarıcan.
Yarıcan taleylə gedim haracan?! ..
Sən demə, yalançı sevgi donunda,
Sonu gorünməyən ayrılıq varmış...
Sonsuz ayrılıqlarsa
ölüm yox, intiharmış.
7 iyun 2024-cü il