Adil Şirin : - Eşqini yarama basdım duz kimi...

Sənsiz mən bu dünyanın
Ən acı günlərini
Yaşadım, sən bilmədin.
İllərlə bu həsrəti
Daşıdım, sən bilmədin.
Sən mənim son ümidim,
Gümanım, pənahımsan.
Sən mənim qədərimsən-
Savabım, günahımsan...
Sən üfüqdə görünüb,
Qeyb oldun ulduz kimi...
De, necə qıydın mənə?
Necə qıydın eşqindən,
Yaralı haqq aşiqinə?..
Eşqini yarama basdım duz kimi...