Xatirə Rəhimbəyli : - Sənin üçün darıxmaqdan öləcəm....

Ədəbiyyat 09:05 / 16.06.2025 Baxış sayı: 774

Sənsiz ürək çox acılar yaşadı,

Bircə dəfə yetişmədin köməyə.

Hərə bir cür şeir yazır,mənimsə

Səndən baqşqa sözüm yoxdu deməyə.

 

Neynirəm mən bu dərmanı,bu dərdi,

Ömrü boyu yaşamağım hədərmiş....

Mən özüm də heyrət etdim axır ki;

Quru adı insan belə sevərmiş?!

 

Ruhum elə göyüm-göyüm göynəyir,

Qəlbim elə sızım-sızım sızlayır....

Dilim deyir "Gəlmədiyi yaxşıdı"..

Ümidlərim uşaq kimi gözləyir...

 

Üzümüzə bağlı qalan bu yollar,

Açılsa da...elə bilmə, gələcəm ...

Mən yaman çox darıxıram,öləndə

Sənin üçün darıxmaqdan öləcəm....