Xatirə Rəhimbəyli : - Bilsəm ki ,qəlbinin dərinliyində

Ədəbiyyat 08:18 / 02.06.2025 Baxış sayı: 1497

Bilsəm ki ,qəlbinin dərinliyində

Səni didir-yeyir acı duyğular

Bilsəm ki könlündə adımla bağlı

İynə ucu boyda ağrı-acı var

 

 

Halal etməyəcəm sənə bu dərdi ..

Gözlərim yoluna dikili qalıb

Bax gör aramıza nə sədd çəkmisən ...

Bilsəm xəyalında mən ola-ola

Qəsdən belə qansız sərhəd çəkmisən

 

Halal etməyəcəm sənə bu dərdi !!!

Bu fani dünyadan nə ummuşuq ki ?

Doğulan saatdan dərvişik ki, biz...

Biri-birimizə əzab veməyə

 

Əzməyə, boğmağa gəlmişik ki biz?

Halal etməyəcəm sənə bu dərdi ...

Eh, bu acı nədi, ehhh, bu qəm nədi

Dedim :"Qoy gözəllik xəyalın olsun !"

 

İllərlə susdum ki, dərd çəkməyəsən

Yolunda nə çəkdim halalın olsun!!!

...Halal etməyəcəm sənə bu dərdi...

Hər nağlın bir sonu ,sonrası olur ,

 

Tükənmir bu həsrət ,bitmir bu hicran .

Dilin bir söz deyir ,əməlin bir söz

Saxladın bir ömür könlü nigaran

Oldu ağrım-acım dillərdə dastan

Halal etməyəcəm sənə bu dərdi !!!