Nurlu ömürlərə işıq tutan roman - Akif Cabbarlı yazı

Ədəbiyyat 17:52 / 04.08.2024 Baxış sayı: 1379

 

 

Fi­lo­lo­gi­ya elm­lə­ri dok­to­ru, ta­nın­mış şai­rə So­na Və­li­ye­va bir sı­ra ədə­bi-bə­dii, fəl­sə­fi məz­mun­lu əsər­lə­rin mü­əl­li­fi ol­maq­la ya­na­şı, öl­kə­nin ic­ti­mai-si­ya­si hə­ya­tın­da da fərq­lə­nən zi­ya­lı­la­rı­mız­dan­dır. “Azər­bay­can­çı­lıq mil­li ideo­lo­gi­ya və ədə­bi-es­te­tik tə­lim ki­mi”, “Mil­li döv­lət­çi­lik hə­rə­ka­tı­nın yük­sə­li­şi və Xalq Cüm­hu­riy­yə­ti döv­rün­də azər­bay­can­çı­lıq ide­ya­sı” el­mi və “Çəh­ra­yı rəng­li dün­yam”, “Araz­ba­rı” və s. şe­ir­lər ki­ta­bı ilə ta­nış­lı­ğın bir oxu­cu ki­mi mən­də bu əsər­lə­rin mü­əl­li­fi­nin da­ha güc­lü ya­ra­dı­cı­lıq po­ten­sia­lı­na ma­lik ol­ma­sı ilə ya­na­şı, həm də onun öz doğ­ma yur­du­nu se­vən, də­yər­lən­di­rən, keç­mi­şi­nə və bu gü­nü­nə bö­yük eh­ti­ra­mı, gə­lə­cə­yə nik­bin ba­xı­şı ilə se­çi­lən bir tə­əs­süb­keş və­tən­daş tə­əs­sü­ra­tı ya­rat­dı­ğı­nı söy­lə­mək is­tər­dim.

 

So­na xa­nım bu gün­lər­də öz oxu­cu­la­rı ilə gö­rü­şə əv­vəl­ki əsər­lə­rin­dən bir sı­ra pa­ra­metr­lə­ri və sə­ciy­yə­vi xü­su­siy­yət­lə­ri ilə se­çi­lən san­bal­lı “İşı­ğa ge­dən yol” ro­ma­nı ilə gəl­di və onun ya­ra­dı­cı­lı­ğı­nı iz­lə­yən, əsər­lə­ri­ni hə­vəs­lə mü­ta­liə edən hər kə­si se­vin­dir­di, bu əsər­lə ta­ri­xi ir­si­mi­zə, in­tel­lek­tu­al xə­zi­nə­mi­zə, mil­li-mə­nə­vi də­yər­lə­ri­mi­zə mə­həb­bət his­si­ni də güc­lən­dir­miş ol­du.

Azər­bay­ca­nın gör­kəm­li zi­ya­lı­sı, is­lam dün­ya­sı­nın ilk tə­bi­ət­şü­nas-ali­mi, Ba­kı­da Azər­bay­can di­lin­də ilk te­atr ta­ma­şa­sı gös­tə­rən mə­də­niy­yət xa­di­mi, Azər­bay­can mət­bua­tı­nın ya­ra­dı­cı­sı və “Əkin­çi”nin na­şi­ri, Azər­bay­can Mü­əl­lim­lə­ri­nin I qu­rul­ta­yı­nın təş­ki­lat­çı­sı və səd­ri Hə­sən bəy Zər­da­bi (Hə­sən bəy Mə­li­kov) haq­qın­da bu dia­pa­zon­da, çox­ça­lar­lı və ge­niş spektr­li əsər, əs­lin­də, XIX əs­rin axır­la­rı – XX əs­rin əv­vəl­lə­rin­də Azər­bay­can­da baş ve­rən ic­ti­mai-si­ya­si ha­di­sə­lə­rə, so­si­al-psi­xo­lo­ji və­ziy­yə­tə, in­san­la­rın hə­yat tər­zi­nə, mə­də­niy­yət və məi­şə­ti­nə bə­dii-pub­li­sis­tik na­xış­lar­la süs­lən­miş qlo­bal və ob­yek­tiv ya­zı­çı ba­xı­şı­nın tə­bii tə­cəs­sü­mü ki­mi də­yər­lən­di­ril­mə­li­dir.

“İşı­ğa ge­dən yol” ro­ma­nı sa­də­cə bir Azər­bay­can zi­ya­lı­sı­nın de­yil, əs­lin­də, Hə­sən bəy Zər­da­bi döv­rü­nün xal­qı­mız üçün son də­rə­cə əhə­miy­yət­li ha­di­sə­lə­ri­ni oxu­cu­ya ol­duq­ca şi­rin təh­ki­yə­li, ədə­bi pri­yom­lar­la çat­dı­ran zən­gin bir əsər ki­mi ədə­biy­yat ta­ri­xi­miz­də öz ye­ri­ni tu­ta­caq.

Hə­sən bəy Zər­da­bi­nin hə­lə gənc­lik il­lə­rin­dən özü üçün mü­əy­yən­ləş­dir­di­yi hə­yat və fəa­liy­yət yo­lu­na elə güc­lü, hər­tə­rəf­li işıq sa­lı­nıb ki, bu gər­gin, əzab­lı, mə­şəq­qət­li və mə­na­lı bi­oq­ra­fik “marş­rut”un han­sı­sa dön­gə­sin­də, yo­l­ay­rı­cın­da hər han­sı qa­ran­lıq mə­qam­la­rın, an­la­şıl­maz, çö­zül­məz olay­la­rın qal­ma­dı­ğı­na ina­nır­san. Əsər­də Hə­sən bə­yin bü­tün­lük­lə işı­ğa bə­lən­miş öm­rü­nü, xal­qı­nın işıq­lı gə­lə­cə­yi, sa­vad­lan­ma­sı na­mi­nə hər cür çə­tin­li­yə si­nə gə­rən, öz döv­rü üçün “ilk”lə­rə im­za atan bir şəx­siy­yə­tin uşaq­lıq­dan son nə­fə­si­nə­dək nə­lər dü­şün­dü­yü­nü, han­sı mə­ram­lar­la ya­şa­dı­ğı­nı və onun müa­sir­lə­ri­nin öz amal­la­rı uğ­run­da han­sı im­ta­han­la­ra ha­zır ol­du­ğu­nu gö­rü­rük.

Ro­ma­nın əv­və­lin­də be­lə bir epi­zod var – Rə­him bəy beş yaş­lı nə­və­si Hə­sə­nə ki­çik bir qı­lınc ba­ğış­la­yır və de­yir: “Qoy bu qı­lınc haqq-əda­lət yo­lun­da gü­cü­nə, qüv­və­ti­nə çev­ril­sin. Dua­la­rım­la bir­gə hə­mi­şə sə­ni qo­ru­sun”. Ba­ba­nın bu ar­zu­su il­lər son­ra­sı re­al­laş­dı və bü­tün öm­rü bo­yu Hə­sən bə­yin hə­ya­tı­nı şərt­lən­di­rən amil­lər­dən bi­ri­nə çev­ril­di. Rə­him bə­yin “Tan­rı­ya, onun ya­rat­dıq­la­rı­na için­də bö­yük sev­gi da­şı­yan­lar dün­ya­dan kö­çən­də də öl­mür­lər, ya­xın­la­rı­nın, doğ­ma­la­rı­nın ən dar gü­nün­də dü­şün­cə­lə­ri­nə işıq tu­ta bi­lir­lər” fik­ri Hə­sən bə­yin si­ma­sın­da re­al­la­şır.

Hə­sən bəy ata­sı Sə­lim bə­yin “əkin-bi­çin sa­hə­lə­ri­miz, mülk­lə­ri­miz, əs­lin­də, var-döv­lət de­yil, əsl var-döv­lət ata­sı­nın öv­la­dı­na ver­di­yi təh­sil-tər­bi­yə­dir. Mən sə­ni da­im ço­xa­lan, hər za­man art­maq­da da­vam edən, tü­kən­mə­yən var-döv­lət yi­yə­si et­mək is­tər­dim” fik­ri zən­gin ol­du­ğu qə­dər də zi­ya­lı, uzaq­gö­rən bir in­sa­nın öz öv­la­dı­nı sa­vad­lı, gə­lə­cə­yi olan bir və­tən­daş ki­mi bö­yüt­mək ar­zu­sun­dan qay­naq­la­nır­dı. Bu ide­ya ro­man­da axı­ra­dək baş ve­rən ha­di­sə­lər fo­nun­da in­ki­şaf et­di­ri­lir və Hə­sən bə­yin fəa­liy­yə­ti­nin leyt­mo­ti­vi ki­mi təq­dim olu­nur. Ata-ba­ba­sı­nın öyüd-nə­si­hə­ti­ni, və­siy­yə­ti­ni özü­nün hə­yat kre­do­su­na çe­vi­rən Hə­sən bəy nə­in­ki doğ­ma­la­rı­nın, elə­cə də bü­tün və­tən öv­lad­la­rı­nın gö­zü-kön­lü tox, sa­vad­lı, əda­lət­li bö­yü­mə­si na­mi­nə ca­nı­nı fə­da et­mə­yə ha­zır ol­du­ğu­nu sü­but edir.

Hə­sən bəy is­tər Şa­ma­xı və Tif­lis­də oxu­du­ğu il­lər­də, is­tər­sə də Mosk­va Döv­lət Uni­ver­si­te­tin­də təh­sil al­dı­ğı dövr­də əsl bəy nəs­lin­dən ol­du­ğu­nu ta­nı­dı­ğı in­san­la­ra, onu əha­tə edən­lə­rə çat­dır­maq­la, mil­lə­ti­nin şə­rə­fi­ni də mərd­lik­lə qo­ru­yur, azər­bay­can­lı­la­ra yu­xa­rı­dan-aşa­ğı mü­na­si­bə­tin qar­şı­sı­nı alır. Bü­tün bun­lar ro­man bo­yu təq­dim edi­lən epi­zod­lar­da ma­raq­lı pri­yom­lar­la oxu­cu diq­qə­ti­nə çat­dı­rı­lır. Hə­sən bə­yin dost­lu­ğa, sev­gi­yə sə­da­qə­ti də əsər­də qır­mı­zı xətt ki­mi ke­çir. Uni­ver­si­tet rek­to­ru­nun qı­zı Ve­ra­ya olan sev­gi­si, rus və gür­cü tə­lə­bə­lər­lə dost­lu­ğu, Ru­si­ya in­qi­la­bi hə­rə­ka­tı­nın nü­ma­yən­də­lə­ri ilə ta­nış­lı­ğı – bü­tün bun­la­rın ha­mı­sı Azər­bay­can sev­gi­si­nin, doğ­ma yurd­da edə­cək­lə­ri­nin, elm, təh­sil, mət­bu­at sa­hə­sin­də hə­ya­ta ke­çi­rə­cə­yi iş­lə­rin fo­nun­da san­ki gö­rün­məz olur.

 

Hə­sən bəy Zər­da­bi­nin çox­şa­xə­li fəa­liy­yə­ti­nin ən sə­mə­rə­li, yad­da­qa­lan sə­hi­fə­lə­rin­dən bi­ri onun “Əkin­çi” qə­ze­ti­ni tə­sis et­mə­si­dir. 1875-ci il 22 iyul­dan 1877-ci il 29 sent­yab­ra­dək çap olun­muş qə­zet­də xal­qın maa­rif­lən­mə­si­nə, cə­ha­lət yu­xu­sun­dan ayıl­ma­sı­na yö­nə­lik ma­te­ri­al­lar işıq üzü gö­rür­dü. Maa­rif­çi və de­mok­ra­tik ide­ya­la­rın car­çı­sı olan “Əkin­çi”nin Azər­bay­can ədə­biy­ya­tı­nın in­ki­şa­fın­da da müs­təs­na ro­lu ba­rə­də “İşı­ğa ge­dən yol” ro­ma­nın­da ge­niş bəhs olu­nur.

Ro­man­da oxu­cu­nu hə­yə­can­lan­dı­ran, da­im in­ti­zar­da sax­la­yan mə­qam­lar­dan bi­ri də Hə­sən bə­yin Tif­lis­də­ki “Mü­qəd­dəs Ni­na” qız­lar se­mi­na­ri­ya­sın­da təh­sil alan Hə­ni­fə xa­nım­la ta­nış­lı­ğı, bu ta­nış­lı­ğın mü­qəd­dəs sev­gi­yə çev­ril­mə­si və nü­mu­nə­vi ailə qu­rul­ma­sı ilə bağ­lı­dır. Bir-bi­ri­nə həd­siz ya­ra­şan, sev­gi­ni Tan­rı pa­yı he­sab edən gənc­lə­rin qo­vuş­ma­sı, əsil­za­də­lə­rə la­yiq öv­lad­lar bö­yüt­mə­si ro­man­da re­al bo­ya­lar­la təs­vir olu­nur.

Bö­yük maa­rif­pər­vər və de­mok­rat zi­ya­lı­mı­zın ta uşaq­lıq­dan öm­rü­nün so­nu­na­dək bü­tün hə­ya­tı­nı tə­fər­rüa­tı ilə əha­tə edən “İşı­ğa ge­dən yol” ro­ma­nı gör­kəm­li şəx­siy­yət­lər ba­rə­də ya­zı­lan əsər­lər sı­ra­sın­da nur­lu ömür­lə­rə işıq tut­maq, oxu­naq­lı­lı­ğı, əha­tə dai­rə­si, fakt­la­rın, də­lil­lə­rin zən­gin­li­yi ba­xı­mın­dan fərq­lə­nir. Bu ro­man­dan tə­sir­lə­nən, bəh­rə­lə­nən bir oxu­cu ki­mi əsə­rin mü­əl­li­fi So­na xa­nım Və­li­ye­va­ya ye­ni ya­ra­dı­cı­lıq ax­ta­rış­la­rın­da, ümu­mən gə­lə­cək fəa­liy­yə­tin­də uğur­lar ar­zu­la­yı­ram.

 

“İki sahil”, 30 iyun 2016-cı il