Sona Vəliyeva : - CƏNNƏTƏ - FAZİL HÜSNÜ DAĞLARCAYA MƏKTUB

Ədəbiyyat 18:42 / 15.09.2024 Baxış sayı: 1121

 

(Şu anda mesela bir saklanbac oyunu var

Kuşlar gibi saklanıyorum senden.

F.H.Dağlarca)

 

Həyat bir gizlənqaç oyunu,

dünən mart,

bu gün aprel.

Bu gün dünyada «koronavirus” adlı

bir bəlanın təvəllüd tarixi...

Biz gizlənqaç oynayırıq,

ölümlə,

dərdlə…

Kimimiz ruhumuzu,

kimimiz özümüzü,

kimimiz övlad adlı Tanrı payımızı

qorumağa çalışırıq.

Bəla, deyəsən, çox adamlardan insaflıdı,

gizlənqaç oyununda səslənir bizə:

“Evdə qal!”#

armud desəm gələrsən,

alma desəm gəlmərsən”.

Başımız üstə bəla,

üzümüz bahara doğru gedirik...

Xəstəhal insanlar,

virusdan qorxduğu kimi,

sarı,

mavi,

körpə çiçəklər,

ala-colpa havada

çox cəsarətsiz.

Quşlar yer üzünü

bürüyən bəladan xəbərsiz,

ağacların üstü atlas çiçək,

gizlənqaç mümkündürsə,

gəl çiçəklər arasında gizlənək.

Ölüm qıyarmı insana görək…

Ya da küknar ağacını bürüyən

dumana bükülüb,

palıd qoynuna çəkilək.

Gizlənqaç əsl həyat oyunu,

ölüm çox hiyləgər,

indi gərək sabah üçün gizlənək,

ələ keçməməyi öyrənək.

Bəzən görrəm,

ölüm kiminsə qapısını

döyər, səslər:

«Mənəm gələn” - deyər.

Evdə qalanın bəzisi öz işində,

öz xislətində.

Allahdan,

duadan,

bəladan xəbərsiz,

Necə deyərlər,

"Onlayn kiminsə evini yıxmaqda”…