Ramiz Göyüş , Yazıçı-publisist : - Üzeyir bəy və Səməd Vurğun dostluğu xatirələrdə.

YAZARLAR 09:23 / 30.05.2023 Baxış sayı: 4621

 

Mən poeziyanı musiqisiz təsəvvür edə bilmirəm.

Bu mənada Səmədin şeirləri əvəzsizdir.

Üzeyir Hacıbəyli

Tanrının insanları xəlq edərkən ona verdiyi əvəzis nemətlərdən biri səsdirsə, digəri sözdür. Əslində söz hələ təklikdə elə bir məna kəsb eləmir, hikmət deyil. Sözün qüdrəti o zaman ali məqama çatır ki, özü ilə qoşa işlənir, yerində oturur, söz sərraflarının qüdrəti sayəsində öz məqamına yüksəlir. Lakin bu da hələ hamısı deyil. Söz musiqi ilə vəhdətdə olanda onu heç nə ilə əvəz etmək mümkün deyil.

Hər kəsə aydındır ki, “Yaradan” ifadəsi Allahın adlarından biridir. Yaratmaq dedikdə ilk olaraq Tanrı yada düşür. Lakin biz həm də bəstəkara, şairə, heykəltəraşa, rəssama da yaradan deyirik. Cünki onların xilqətində yaratmaq qüdrəti var. O da məlumdur ki, dilimizdə yaradanları Tanrıdan fərqləndirmək üçün sadaladığım sənət adamlarına yaradııcı adamlar, Tanrıya isə Böyük Yaradan deyirik.

Bu yazıda XX əsrdə Azərbaycan xalqının dünya mədəniyyətinə və söz sənətinə verdiyi iki dahi sənətkar və onların dostluğu haqqında söz açacağıq. Bu günlər biz dahi Üzeyir bəyin anadan olmasının növbəti 137-ci ilini qeyd ediriik. 18 sentyabr Üzeyir bəyin doğum günüdür. Bu tarixin qeyd edilməsi ənənəsinin əsasını Üzeyir bəyin qardaşı oğlu, Hacıbəylilər nəslinin görkəmli nümayəndəsi, məşhur bəstəkar və drijor Niyazi qoymuşdur. 1995-ci ildə Ümumilli liderimiz Heydər Əliyevin sərəncamı ilə Üzeyir bəyin andan olduğu gün Üzeyir Musiqi Günü kimi təssis edildikdən sonra bu tarix daha geniş və daha möhtəşəm qeyd edilir. Artıq ikinci ildir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Azərbaycan Əsgərinin misilsiz qəhrəmanlığı sayəsində Üzeyir Musiqi Günü bəstəkarın vətəni Şuşada qeyd edilir. O da əlamətdardır ki, 18 sentyabr həm də Azərbaycan xalqının digər görkəmli bəstəkarı, Üzeyir Hacıbəylinin seminariya yoldaş və dostu, sonradan isə bacanağı Müslüm Maqomayevin də doğum günüdür və düşünürəm ki, Ümumilli liderimiz Heydər Əliyev heç şübhəsiz bu faktoru da nəzərə almamış deyi.

Kimin bu fikrə necə yanaşmasından asılı olmayarq mənim qənaətim belədir ki, tarixin müxtəlif dönəmlərində, dünyanın müxtəlif xalqları içərisində nə qədər dahi bəstəkarlar olsa belə Üzeyir bəy onların hamısından başda durur. Təkcə ona görə yox ki, Üzeyir bəy mənim xalqımın nümayəndəsidr,(Həm də elə ona görə) həm də ona görə ki, bu dahi bəstəkarın bütün yaratdıqları ilkdir. Yəni ondan əvvəl onun sökəndiyi ənənə, məktəb, bünövrə olmayıb və məhz elə Böyük Yardanın verdiyi fitri istedad, qeyri-adi fitrət nəticəsində O, yaratdıqlarını yarada bilib. Diqqət yetirək . Nə qədər qüdrət, enerji və istək sahibi olmalısn ki, Azərbaycanın professional musiqi sənətinin banisi, müsəlman dünyasında ilk operanın, ilk operettanın, Müstəqil Azərbaycanın və Azərbaycan SSR-ni himninin müəllifi, Respublikamızda ilk xalq çalğı alətləri orkestrimizin, mahnı və rəqs ansamblımızın, xorumuzun, simfonik orkestrimizin yaradıcısı və rəhbəri olasan. O, Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü (1945), professor (1940), Azərbaycan Konservatoriyasının rektoru (1928–1929, 1939–1948), Azərbaycan SSR Bəstəkarlar İttifaqının sədri idi.(1938–1948).

Elə sadaladığım səbəblərin nəticəsidir ki, Üzeyir Hacıbəyli Azərbaycan tarixinə dahi bəstəkar, görkəmli pedaqoq və alim, peşəkar jurnalist, yazıçı, dramaturq, publisist,musiq etnoqrafı, tarixçi, musiqi təşkilatçısı, drijor və ictimai xadim kimi daxil olmuşdu. Azərbaycan və SSRİ mədəniyyətinin inkişafındakı xidmətlərinə görə dövrünün ən ali mükafatlarına- Lenin Ordeninə, iki dəfə Stalin mkafatına, SSRİ-nin və Azərbaycan SSR-nin Xalq artist fəxri adlarına layiq görülüb. İki çağırış SSRİ Ali Sovetinin deputatı seçilib. Üzeyir bəy ciddi pedaqoji fəaliyyətlə məşğul olaraq Azərbaycanda və xaricdə bir sıra məşhur bəstəkarların yetişməsində biavasitə rol oynamışdır. Təkcə raespublikamızda hər biri bütövlükdə bir bir xalqı təmsil edəcək və fəxri sayılacaq qədər səviyəyə qalxan böyük bir bəstəkarlar ordusu yetirmişdir. Dünya şöhrətli, Məşhur bəstəkarlarımızdan Əfrasiyab Bədəlbəyli, Səid Rüstəmov, Asəf Zeynallı, Şəmsi Bədəlbəyli, Niyazi, Cövdət Hacıyev, Tofiq Quliyev, Qara Qarayev, Cahangir Cahangirov, Fikrət Əmirov, Şəfiqə Axundova və digərləri bir başa Üzeyir bəyin məktəbindən keçmişdir. Təsadüfi deyil ki, məşhur bəstəkarımız Fikrət Əmirov deyirdi: “Biz hamımız Üzeyir məktəbindən çıxmışıq”.

Azərbaycan musiqisinin bütün məqamlarını dərindən və hərtərəfli tədqiq edən Üzeyir Hacıbəylinin şəxsi müşahidələrinin, gərgin axtarışlarının, dərin tədqiqatlarının məhsulu olan və 20 ilə (1925-1945) başa gələn «Azərbaycan xalq musiqisinin əsasları» adlı fundamental elmi-tədqiqat əsəri ilə o həm də müsiqişünaslıq elmimizin də banisi olmuşdur. (Abbasquliyeva)

Üzeyir Hacıbəyov musiqi sahəsində və Azərbaycan mədəniyyətində elə bir zirvə kəşf etmişdir ki, o zirvəyə hələ heç kim qalxa bilməmişdir. Dünya şöhrətli bəstəkar, Qara Qarayev deyirdi: “Üzeyir bəyin Azərbaycan mədəniyyəti qarşısındakı xidmətlərini bir cümlə ilə ifadə etsək deməliyik ki, “O, Azərbaycan Mədəniyyətinin Atasıdır.”

Bu yazıda mənim məqsədim Üzeyir bəyin Azərbaycan musiqisi, ədəbiyyatı və mədəniyyəti qarşısındakı xidmətləri, Azərbaycan tarixindəki yeri barədə yazmaq deyil, məqsədim Azərbaycan ədəbiyyatının digər bir nəhəng nümayəndəsi Xalq şairi Səməd Vurğunla Üzeyir bəyin arasındakı münasibətlər və dostluğu barədə görkəmli sənət adamlarının, jurnalistlərin və tədqiqatçıların indiyədək deyilmiş fikirlərindən, xatirələrindən nümunələr gətirməklə, bu iki dahini yeni nəslə yenidən təqdim etmək məqsədi daşıyır. Sözsüz ki, Üzeyir bəy və Səməd Vurğunun döstluğu və yaradıcılıq əlaqələri barədə zaman-zaman məqalələr yazılıb, tədqiqatlar aparılıb. ( Bu məqamda üzeyirbəyşünas Səadət xanım Qarabağlının yazılarını xüsusi qeyd etmək istərdim). Bununla belə mən də bu böyük dostluq barədə bu yazını hazırlayarkən müəyyən araşdırmalar apardım və yazıda istinad edəcəyim fikirlərin mənbə və müəlliflərini hökmən qeyd etməyi borc bilirəm.

Düşünürəm ki, o zamankı ölkə rəhbərlərindən –Stalindən, Nəriman Nərimanovdan, Mir Cəfər Bağırovdan, dünya şöhrətli bəstəkarlardan tutmuş bu günümüzün məşhur insanlarınadək, Üzeyir bəyi bəstəkar və ictimai xadim olaraq yüksək dəyərləndirmiş, haqqında yüksək sözlər demişlər. Bununla belə fikrimcə Üzeyir bəyə ən böyük dəyəri Azərbaycan xalqı vermişdir. Üzeyir bəy öz misilsiz xidmətləri və insani keyfiyyətləri ilə hər bir azərbaycanlının ürəyində özünə əbədi məskən salmışdır və onun cismani yoxluğundan 74 il keçməsinə baxmayaraq xalqın ona olan məhəbbət və rəğbəti nəinki azalır, əksinə daha da artır. Lakin onu da qeyd etməyi özümə borc bilirəm ki, onun haqqqında ən yüksək dəyəri həm də böyük şairimiz Səməd Vurğun vermişdir. O Üzeyir bəyi “Musiqimizin Peyğəmbəri” adlandırmışdır.

Şairin oğlu, Azərbaycanın Xalq yazıçısı Yusif Səmədoğlu xatirələrində yazır ki, Səməd Vurğun ailəsi ilə birlikdə Kislovodskda istirahət edən zaman Üzeyir bəy də Yessentukidə dincəlirmiş. Bir gün atası onları da götürüb Üzeyir bəylə görüşə aparır. Yolda bərk-bərk tapşırır ki, görüşəndə Üzeyir bəyin əlindən öpərsiniz. Atasının bu sözü Yusifə bir qədər qəribə gəlir. Görüş zamanı Səməd Vurğunun övladlarının hər üçü Yusif də, Aybəniz də lap kiçik olan Vaqif də Üzeyir bəyin əlindən öpürlər. Üzeyir bəyin təkidlərinə baxmayaraq, ehtiram əlaməti olaraq Səməd Vurğun bütün görüş boyu oturmur. Görüşdən sonra Yusif atasından soruşur ki, nəyə görə biz Üzeyir bəyin əlindən öpməliydik. “Üzeyir bəy musiqimizin peyğəmbəridir. Peyğəmbərin əlindən öpərlər”-deyə Səməd Vurğun izah edir.

Səməd Vurğun da elə Üzeyir bəy qədər Böyük idi. Yaradıcılığı, poeziyası, dramaturgiyası, istedadı, ictimai fəaliyyəti, insanlığı, xeyirxahlığı, Vətənə, xalqa təmannasız xıdmət və bağlılığı ilə. Bu hər şeydən əvvəl onun mənsub olduğu kokdən və süddən qaynaqlanırdı. Səməd Vurğun hələ uşaqlıqdan musiqiyə məftunluğu ilə seçilirmiş, fiziki cəhətdən zəif, cılız sısqa bir uşaq olan Səmədin istedadı elə uşaq vaxtından biruzə vermişdir. Uşaqlıqda atası Yusif ağadan saz çalmağı və aşıq havalarını oxumağı öyrənmişdi. Özünə ustad hesab etdiyi və pərəstiş etdiyi Böyük Azərbaycan şairi və ictimai-siyasi xadimi Molla Pənah Vaqifin nəslindən olan ana babası Kuhənsal ləqəbi ilə şeirlər yazan Mehdixan ağanın şeirlərini nənəsi Aişə(Aşa) xanımdan öyrənmişdi.

”Ata anamız həssas qəlbli, mərhəmətli, təmiz və saf duyğulu, şair xəyallı, son dərəcə xəyalpərəst adamlar idilər. Hər ikisi məlahətli səsə malik, sinələri söz-söhb ətlə dolu nəğməkar idilər. Səməd Vurğun ömrünün axırına qədər atasının “cürə” sazının sınıq qəlbə od səpələyən füsunkar səsini və anasının ecazkar laylasını xatırlardı....Lap kiçicik vaxtlarından musiqini, nəğməni tez mənimsəyir və gözəl rəqs edirdi. Atası “Ruhani” havasını çalar, balaca, sısqa və baldırları açıq Səməd isə oynayardı. Ondakı bütün incəlikləri və bədii zövqün rüşeyimini görən atası böyük iftixar hissi ilə təkrara edərdi: ”Oğul bundan olacaq”( Mehdixan Vəkilov ”Ömür dedikləri bir karvan yolu”)

1918-ci ilin sentyab ayınıda Qori müəllimlər seminariyası Qzaxa köçürülmüş və onun əsasında Qazax Müəllimlər Seminaryası təşkil edilmişdi.”Eh! Firudinbəy, hardan biləsən ki, bu ürəkdə nə var?!”-deyərək semiunariyanın direktoru Firudin bəy Köcərlini ovsunlayaraq imtahan verib sminariyasya daxil olan uşaqlar arasında balaca Səməd də var idi. Seminariyada oxuduğu illər Səmədin həyatında yeni bir dövr açılır. Onun gözəl şeirlər oxuması və yazması, monoloqlar söyləməsi, məlahətli səsi, sazı və skripkanı məharət və ehtirasla çalması istər tələbələrin, istərsə də müəllimlərin diqqətini özünə cəlb edirdi. O, seminariyada təşkil edilən tamaşalarda aparıcı rollarda çıxış edir, “Leyli və Məcnun”da Məcnun, ”Əsli və Kərəm”də Kərəm rollarını məharətlə ifa edirdi. Ədəbiyyat müəlimi Yusif Qasımov Səməddəki bu istedada və qeyri-adi qabiliyyətə yüksək dəyər verərək deirdi: “Bu Səməd fitneyi-dövran olacaqdır”

Seminariyanı bitirdikdən sonra Səməd bir müddət Qazaxda və Qubada müəllimlik edir. 1928-29-cu iilərdə O, Gəncə şəhərindəki məktəblərdə müəllim kimi fəaliyyət göstərir. Gəncədə yaşadığığ illərdə bir çox şair və yazıçılar, musiqiçilər, sənət və ədəbiyyat adamları il tanış və dostluq edir. Bu insanlar arasında musiqiçilərin xüsusi yeri vardı. Bu baxımdan onun Xan Şuşinski və Fikrət Əmirovla münasibətlərinə diqqəti yönəltmək istərdim.

“ ...Səməd Vurğun Xan Şuşinskinin səsini ilk dəfə ötən əsrin iyirminci illərində Gəncədə eşitmişdi. O vaxtdan da xanəndənin sənəti, ecazkar səsi onu məftun eləmişdi. Çox çəkmədən hər iki sənətkar şəxsən tanış olmuş və bu tanışlıq sonralar möhkəm və səmimi bir dostluğa çevrilmişdi. Şairin elə bir məclisi olmazdı ki, Xan orda iştirak etməsin. Xanəndənin səsinin “dəlisi” olan Səməd Vurğun özünün məşhur “Azərbaycan” şeirində onu xüsusi bir məhəbbətlə tərənnüm edir”(Tədqiqatçı Vasif Quliyev).

Bu hadisədən sonra şairlə xanəndə rastlaşırlar. Səməd Vurğun xüsusi bir şövqlə Xan Şuinskiyə - ” Xan səni də saldım tarixə”- deyərək Azərbaycan şeirindən bu bəndi söyləyir;

Könlüm keçir Qarabağdan,

Gah o dağdan, gah bu dağdan,

Axşamüstü qoy uzaqdan

Havalansın Xanın səsi,

Qarabağın şikəstəsi.

Xan Şuşinski Böyük şairn bu şirin atmacasından məmnun olaraq eyni əhvalla cavab verir: “Səməd vallah mən tarixdəydim, mən öləcəm amma Qarabağ şikəstəsi qalacaq, hər dəfə bu ifamı eşidəndə, səsim gələndə, sən də xatırlanacaqsan...”

Şairlə xanəndənin növbəti görüşlərindən biri, həm də son görüşü 1955-ci ilin yayında məşhur İsa bulağında baş tutur. Tədqiqatşı-jurnalist Vasif Quliyev yazır: ” İsa bulağında bu iki dost elə səmimi, elə mehriban qucaqlaşdılar ki, uzun illər bir-birlərinin həsrətində olan doğma qardaşlar kimi görüşdülər.

...Məclisin axırında Xan Səməddən xahiş etdi ki, bir-iki ağız desin...Şair tarzənə dedi:

– Aya, Allahyar, o tarı “Yetim segah” üstündə köklə, bəri ver!

Səməd tarı döşünə basıb, sarı simdə gəzişdi. Bir qədər keçməmiş meşəni yanıqlı və həzin bir səs bürüdü.

... Hamı heyrətlə Səməd Vurğunu dinləyirdi. O, son dərəcə aydın diksiya ilə Aşıq Ələsgərdən oxuyurdu.

... O gün Səməd Vurğunun İsa bulağında qurduğu məclis gecədən keçənədək davam etdi. Artıq dan yeri sökülürdü...”

Səməd Vurğunun musiqiyə məftunluğunun göstəricisi olan daha bir xatirə. SSRİ Xalq artisti, məşhur bəstəkarımız Fikrət Əmirov həmişə Səməd Vurğunun poeziyasını yüksək dəyərləndirmiş, Azərbaycan xalqının üç böyük oğlunu – Üzeyir Hacıbəyli, Bülbül və Səməd Vurğunu “sənətimizin parlaq məşəlləri”, “üç müdrik sima” adlandırmışdır. O, 1950-ci ildə məşhur “Azərbaycan suitası”nı müvəffəqiyyətlə tamamlayır. Süitadakı sırf milli xarakterli melodiyalar, zəngin orkestrləşdirmə Səməd Vurğunun şeriyyətindən ilhamlanaraq qələmə alınmış, əsər Səməd Vurğuna həsr olunmuşdur. Əsəri heyranlıqla dinləyən Səməd Vurğun: "Elimizin böyük bəstəkarı Fikrət Əmirovun "Azərbaycan süitası" əsərini dinlədim. Təəssüratlarım, sevincim o qədər çoxdur ki, onları yazmaqla bölüşə bilmərəm. Təkcə onu deyə bilərəm ki, Fikrət elə bir əsər yaradıb ki, məni qaldırdı çıxartdı Kəpəzin başına..." (Səadət Təhmirazqızı)

Bu yazıda qeyd olunduğu kimi hələ lap uşaqlıqdan Səməd Vurğunun məlahətli səsi, gözəl saz və skripkada ifa etməyi var idi. Lakin bir gerçəkliklə barışmaq lazımdır ki, hər tərəfli istedad sahibi olan bu insan da poeziya, şairlik musiqiyə üstün gəldi. Bununla belə Səməd övladlarını musiqi ilə böyütmək istəyirdi və elə bu səbədən də o övladlaının hər üçünə musiqi təhsili vermişdi. Onların hər üçü- Yusif də, Aybəniz xanım da, Vaqif də Bülbül adına orta ixtisas musiqi məktəbini bitirmişdilər. Vaqif Səmədoğlu isə sonradan həm də Konservatoriyanı bitirmişdi və Konservatoriyanın professoru idi... Lakin onun musiqiyə vurğunluğu bununla bitmirdi. O, Azərbaycanın görkəmli musiqiçiləri, xanəndələri, bəstəkarları,müğağənniləri ilə yaxın dostluq edir,onlarla birgə yaradıcılıq işləri qururdular. Səməd Vurğun klassik xanəndələrdən Cabbar Qaryağdıoğlu, Məşədi Cəmil Əmirov, Keçəçioğlu Məhəmməd, İslam Abdullayev, Malıbəyli Əsgər, Musa Şuşinski və başqaları ilə şəxsən tanış olmuş, yazılarında və çıxışlarında onların sənətinə yüksək qiymət vermişdir.

Böyük şairin musiqiyə qeyri-adi sevgisi Üzeyir bəylə də dostluq əlaqələrinin yaranmasına səbəb olmuşdu. Onun Üzeyi bəy Hacıbəyli ilə ilk qiyabi tanışlığı seminariyada oxuduğu illərdə Üzeyir bəyin əsrləri ilə tanışlıqdan başlayırdı. Üzeyir bəyin musiqisi Səmədi gözə görünməz tellərlə bir cazibə qüvvəsi kimi özünə çəkirdi. Və Səməddə bu Böyük İnsan və Böyük bəstəkarla ünsiyyət qurmaq hissi onu tərk etmirdi. Bu iki Böyük şəxsiyyətin dostluğu Səməd Vurğun Moskvadan Bakıya qayıtdıqdan sonra-1931-32-ci illərdən başlayır. Həmin illər artıq Üzeyir bəy keçmiş SSRİ -də və dünyada tanınan məşhur bir bəstəkar idi. Səməd Vurğunun isə istedadı getdikcə parlayır, yaradıcılığı geniş kütlələrii özünə cəlb edirdi. 1934-cü ilin iyun ayında, respublikamızda mühüm hadisələrin cərəyan etdiyi bir dönəmdə, Azərbaycan ədəbiyyatının və musiqisinin inkişafında sonralar mühüm rol oynayan və əlamətdar bir hadisə kimi tarixə düşən Azərbaycan Yazıçılar İttifaqı və Bəstəkarlar İttifaqı yaradıldı. Üzeyir bəy bəstəkarlar İtifaqının sədri, gənc Səməd Vurğun isə Yazıçılar ittifaqının fəal üzlərindən idi. Həmin illər bu birliklər respublikanın nüfuzlu yaradıcı ziyalılarını və istedadlı sənət adamlarını öz ətrafına toplayaraq ictilmai-siyasi həyatımızın bütün sahələrində mühüm rol oynaylrdı. Bu iki ittifaq bir çox hallarda tədbirlərini birgə təşkil edirdi. Bu tədbirlərdə Üzeyir bəylə Səməd Vurğun indi daha çox ünsiyyətdə olurdular. Bütün istedadlı gənclərə bir atalıq qayğısı göstərən Üzeyir Haçıbəyli Səməd Vurğuna xüsusi qayğı ilə Böyük şairin musiqiyə qeyri-adi sevgisi onun Üzeyir bəylə də dostluq əlaqələrinin yaranmasına səbəb olmuşdu. Şairin Üzeyi bəy Hacıbəyli ilə ilk qiyabi tanışlığı seminariyada oxuduğu illərdə, Üzeyir bəyin əsrləri ilə tanışlıqdan başlayırdı. Üzeyir bəyin musiqisi Səmədi gözə görünməz tellərlə bir cazibə qüvvəsi kimi özünə çəkirdi. Və Səməddə bu Böyük İnsan və Böyük bəstəkarla ünsiyyət qurmaq hissi onu tərk etmirdi. Bu iki Böyük şəxsiyyətin dostluğu Səməd Vurğun Moskvadan Bakıya qayıtdıqdan sonra-1931-32-ci illərdən başlayır. Həmin illər artıq Üzeyir bəy keçmiş SSRİ -də və dünyada tanınan məşhur bir bəstəkar idi. Səməd Vurğunun isə istedadı getdikcə parlayır, yaradıcılığı geniş kütlələrii özünə cəlb edirdi. 1934-cü ilin iyun ayında, respublikamızda mühüm hadisələrin cərəyan etdiyi bir dönəmdə, Azərbaycan ədəbiyyatının və musiqisinin inkişafında sonralar mühüm rol oynayan və əlamətdar bir hadisə kimi tarixə düşən Azərbaycan Yazıçılar İttifaqı və Bəstəkarlar İttifaqı yaradıldı. Üzeyir bəy bəstəkarlar İtifaqının sədri, gənc Səməd Vurğun isə Yazıçılar ittifaqının fəal üzlərindən idi. Həmin illər bu birliklər respublikanın nüfuzlu yaradıcı ziyalılarını və istedadlı sənət adamlarını öz ətrafına toplayaraq ictilmai-siyasi həyatımızın bütün sahələrində mühüm rol oynaylrdı. Bu iki ittifaq bir çox hallarda tədbirlərini birgə təşkil edirdi. Bu tədbirlərdə Üzeyir bəylə Səməd Vurğun indi daha çox ünsiyyətdə olurdular. Bütün istedadlı gənclərə bir atalıq qayğısı göstərən Üzeyir Haçıbəyli Səməd Vurğuna xüsusi qayğı ilə yanaşır, onun yardıcılığını daim izləyir və yüksək qiymət verirdi. Bu illərdə Səməd Vurğun və Üzeyir Hacıbəyli bütün ideoloji basqılara baxmayaraq özlərinin şah əsərlərini yaratmaqla, həm də bir ictimai xadim olaraq respublikanın ictimai-siyasi həyatında mühüm rol oynayırdılar. 1941-ci ildə Səməd Vurğun Azərbaycan Yazıçılar İttifaqının sədri seçildikdən sonra onun Üzeyir bəylə təmasları tez-tez olurdu. Və bu təmaslar artıq onlar arasında böyük yaş fərqinin (21 il) olmasına baxmayaraq dostluğa çevrilmişdi. Həm də onlar arasında bir-birinə ata-oğul münasibətləri səviyyəsinə qədrə yüksələn bir ünsiyyət formalaşmışdı. Bu münasibətlər onlar arasında həm də yaradıcılıq müstəvisində özünü göstərirdi. Bu iki dahi şəxsiyyətin yaradıcılıq əməkdaşlığı İkinci Dünya müharibəsi dövründə xüsusi bir mərhələ təşkil edir. Həmin illərdə o zamankı dövr yaradıcı insanlardan Vətən, müharibə, müdafiə, qəhrəmanlıq mövzusunda yeni-yeni əsərlər yaratmağı tələb edirdi. Bütün yaradıcı ziyalılar bu prosesə qoşulmuşmuşdular. Həm alovlu vətənpərvər , həm də yaradıcılıq ittifaqlarının rəhbəri kimi Üzeyir bəylə Səməd Vurğun bu prosesin önündə gedirdilər. Və təsadüfi deyil ki, həmin illərdə Üzeyir bəyin yazdığı üç marşı -"Vətən Ordusu", "Ey Vətən", "Döyüşçülər marşı" və qələbəyə həsr olunmuş “Zəfər himni” Səməd Vurğunun sözlərinə yazılmışdır və nadir sənət nümunələridir. Səməd Vurğunun “Şəfqət bacısı” şeirinə yazdığı müsiqinin isə maraqlı bir tarixcəsi var.

“1941-ci ildə Konservatoriyada yerləşdirilən hərbi hospitalda döyüşlərdə yaralanan əsgərlərlə görüşlərin birində, ağır yaralanmış leytenant Əsgərov, azərbaycanlı bir tibb bacısının şücaətindən qürurla söhbət açaraq demişdir ki, mən sağ qalmağım üçün 19 yaşlı şəfqət bacısına borcluyam.”

Bu görüşdən çox mütəəssir olan Üzeyir bəy evə gələn kimi Səməd Vurğuna zəng çalır, əhvalatı ona söyləyir və bildirir ki, şəfqət bacısı haqqında mahnı bəstələmək niyyətindədir. Sözlərini isə yazmağı Səməd Vurğuna həvalə edir. Şair məmnuniyyətlə razılıq verir, səhəri günü hazır mətnlə bəstəkarın yanına gəlir. İki gündən sonra isə məşhur "Şəfqət bacısı" mahnısı hazır olaraq ön cəbhəyə göndərilir.

Gəl ana yurdumun qızı, gəlini,

İndi namus vaxtı, qeyrət dəmidir,

Sən də əsirgəmə kömək əlini,

Hər sözün, söhbətin can məlhəmidir.

Adın şərəflidir sənin ey qadın,

Dahilər anası çağırılır adın.”

( Səadət Qarabağlı)

Şairin qardaşı məşhur pedaqoq Mehdixan Vəkilov bu əsərdən bəhs edərkən yazırdı: “Şəfqət bacısı” şeiri də Üzeyir Hacıbəylinin qadir nəğməsində xalq himni kimi qəlblərə yol açmışdı.”(Mehdixan Vəkilov)

Səməd Vurğunla Üzeyir bəyin dostluğunun və yaradıcılıq mübasibətlərinin nə qədər səmimi və yüksək səviyyədə olduğunun təsdiqi olaraq, yenə də Səadət xanım Qarabağlının araşdırmalarının məhsulu kimi tapdığı nadir bir sənədə- Səməd Vurğunun Üzeyir bəyə yazdığı bir məktuba istinad etməli oluram. Həmin məktubda yazılırdı: "Əzizim Üzeyir bəy! Siz məndən ordumuzun 25-ci ildönümü münasibətilə şeir istəmişdiniz. Mən də "Göz aydınlığı" adlı bir şeir yazıb sizə göndərirəm.İndi söz sizindir! Sizin böyük sənətiniz hər zaman mənim şeirlərimə qanad verdiyi kimi, bu şerimə də qanad verəcək.

Əllərinizi bərk-bərk sıxıram, hər vaxt qulluğunuzda hazıram.

Sizin S. Vurğun

9.11.43. Bakı ".

Üzeyir bəy hər zaman Səməd Vurğun yaradıcılığına yüksək dəyər vermiş, bir çox hallarda onu nümunə kimi göstərmişdir.

“Bu baxımdan Səməd Vurğunun dili haqqında onun "Fərhad və Şirin" əsərinin Stalin mükafatına təqdim edilməsi münasibətilə Stalin mükafatı komitəsinin iclasında Ü. Hacıbəylinin söylədiyi nitq çox maraqlıdır. Üzeyir bəy çıxışında demişdir: "Səməd Vurğun - müasir Azərbaycan ədəbiyyatının parlaq nümayəndələrindən biridir. Burada mən deyərdim ki, nəinki parlaq nümayəndələrindən biri, hətta ən istedadlı nümayəndəsidir. Azərbaycan dilinin nümunələrini Azərbaycan ədəbiyyatı xəzinəsinə daxil edərək o, Azərbaycan xalqının həyatının bütün sahələrini müxtəlif yollarla əks etdirməyi bacarmışdır. Şairin şeirləri ana vətənə dərin hisslərlə hədsiz məhəbbətlə doludur. O, şeir sənətinə mükəmməl yiyələnmişdir. ... Bir dramaturq kimi Səməd Vurğunun əsas cəhəti odur ki, onun əsərlərində real xarakterlər verilir və lirik şairin dərin psixologizmi hiss olunur.

Bir dramaturq olaraq onun yaradıcılığının ikinci əsas tərəfi odur ki, o, insan həyatını romantik və filosof şair kimi təsvir edir. Hazırkı "Fərhad və Şirin" əsəri bizim ədəbiyyatımızda və teatrda böyük əhəmiyyət kəsb edən hadisədir...”

1940-cı ildən, yəni yarandığı gündən, ömrünün sonuna kimi Stalin komitəsi üzvü olan Üzeyir bəy Hacıbəylinin bu çıxışından sonra Səməd Vurğunun "Fərhad və Şirin" əsəri qeydsiz-şərtsiz Stalin mükafatına layiq görülmüşdür.” (Səadət Qarabağlı)

Qeyd etmək lazımdır ki,Səməd Vurğun da dahi Üzeyir bəy Hacıbəylinin şəxsiyyətinə böyük hörmət bəsləyib, bəstəkar haqqında sanballı məqalə və şeirlər yazıb. Şair 1948-ci ildə “İnsan qəlbinin tərənnümçüsü” adlı məqaləsində yazırdı: “...Üzeyir musiqisini dinlədiyimiz zaman biz bəzən qaşlarımızı çatıb, loğman kimi düşünürük, bəzən həyat və insan eşqinə odlardan, alovlardan keçən qəhrəmanlar oluruq, bəzən ürəyimiz kaman kimi təlatümə gəlir, bəzən də sakit və nurlu bir yaz səhəri kimi açılırıq, özümüzdə dağlarda külüng çalan Fərhadlar qüdrəti hiss edirik, xəyalımız uçduqca yaşadığımız ana torpağı, onun yaratdığı insan adlı böyük neməti daha çox sevirik, öz varlığımız və tariximiz ilə fəxr edirik”. (Tədqiqatçı-jurnalist Vasif Quliyev)

“Musiq və opera sənətimizin mükəmməl bir abidəsi Səməd Vurğun Koroğlu operası haqqında deyirdi: “Koroğlu Operası Dünya musiqi mədəniyyətinin Yüksək nailiyyətlərini özündə təcəssüm etdirən,bütün mədəni ölkələrinin mənəvi tələbinə cavab verən Azərbaycan musiqi mədəniyyətinin yüksək bir zirvəsi oldu.”

«Leyli və Məcnun» operasına yüksək qiymət verən xalq şairimiz Səməd Vurğun çox doğru olaraq Üzeyir Hacıbəyova «Ey Füzuli şerinin bəstəkar qardaşı» deyə müraciət edirdi.

1948-ci ildə Üzeyir bəyin xəstəliyi şiddətlənməyə başladı. Həmin ilin noyabrında Böyük bəstəkar artıq ömrünün son günlərini yaşayırdı.

“...Həmin günlərdə Üzeyir bəyə baş çəkənlərdən biri də Səməd Vurğun idi. Şair yataq otağının açıq qapısından içəri boylanır. Üzeyir bəy əlləri sinəsi üstə çarpaz, maddım-maddım ona baxırdı. Üzünün rəngi qaçmışdı. Şair yatağa yaxınlaşanda xəstə qalxıb ona əl vermək istədi, bacarmadı. Səməd Vurğun ustadın soyuq əllərindən öpür.

- Oğul, könlüm səni necə istəyirdi, biləsən. Görürsən də... Deyəsən, vaxtdır. Sən yaxşı bilərsən, oğul, necə deyib o şair? Köçmək gərək bu dari-fənadan yavaş-yavaş...

Səməd Vurğunun ürəyi dözmür. Diz üstə çöküb Üzeyir bəyin yatağını qucaqlayır, uşaq kimi ağlamağa başlayır. Xəstə titrəyən ipək əlləri ilə onun saçlarını oxşayır.

- Köçmək gərək bu dar fənadan yavaş-yavaş...” (Qulam Məmmədli “Üzeyir Hacıbəyov. Həyat və yaradıcılığının salnaməsi” Aznews.az)

1948-ci il noyabrın 24-də Böyük bəstəkarın yaşamaq və yaratmaq eşqilə döyünən ürəyi döyünməkdən dayandı. “Musiqimizin Peyğəmbəri” Peyğəmbər yaşında əbədiyyətə qovuşdu. Dahi bəstəkarın vida mərasiminə keçmiş SSRİ-nin hər yerindən nümayəndələr gəlmişdilər. Azərbaycan KP MK-nın birinci katibi M.C. Bağırov, partiya və hökumət rəhbərləri fəxri qaravulda dayanmışdılar. Vida mərasimində minlərlə insan iştirak edirdi. Dəfn mərasimi Fəxri Xiyabanda keçirildi. Dahi bəstəkarla vidalaşmaq üçün on minlərlə insan küçələrə şıxmışdı. Bakı indiyədək belə bir izdiham görməmişdi. Dəfn mərasimində şıxış edənlərdən biri də Səməd Vurğun idi:

“Öz gözəl əsərləri ilə bütün sovet xalqının məhəbbətini qazanan dahi sənətkar Üzeyir Hacıbəylinin vəfatını Azərbaycan ziyalıları və zəhmətkeşləri böyük hüznlə qarşılayırlar. Üzeyir Hacıbəyovun sənətkarlığı misilsizdir, onun böyük istedadı sənətkarın adını əbədi yaşadacaqdır. Xalq tərəfindən tanınmaq...sənətkar üçün böyük şərəfdir. Xalq Üzeyir Hacıbəyovu ona görə sevir ki, o, öz unudulmaz əsərlərində xalqın ən yaxşı duyğu, düşüncə və arzularını ifadə etmiş, xalq üçün yaşamış və yaratmışdır. Üzeyir Hacıbəyov yalnız görkəmli bəstəkar və alim deyil, həmçinin sovetlər ölkəsinin böyük vətəndaşı idi...Azərbaycan bəstəkarları, şairləri, ifaçıları və rəssamları tərəfindən yaradılacaq yeni mahnılar, simfoniyalar, operalar və poemalar...bizim unudulmaz və çox sevimli Üzeyir Hacıbəyova ən yaxşı abidə olacaqdır.”

Taleyin qəribə paradoksu...Həyatının sonunda Səməd Vurğun da Üzeyir bəyin taleyini yaşadı. 1955-ci ildə şair çağalmaz xəstəliyə düçar oldu. Bir müddət Bakıda müalicə edildikdən sonra O, Moskvaya Kreml xəstəxanasına gönədildi. Burada məşhur həkimlər onu əməliyyat edərkən məlum oldu ki, artıq hər şey çox gecdir. 1956-cı iln fevralında guya şairə vətən havası lazımdır deyə Bakıya qaytarıldı. Mehdixan Vəkilov xatirələrində yazırdı ki: ”Səməd Vurğun xəstəliyi zamanı nədənsə tez-tez atasını və Üzeyir Hacıbəyovu xatırlayırdı”.

Düşünürəm ki, bu xatırlama Böyük şairin atasına və atası qədər sevdiyi və hörmət bəslədiyi Üzeyir bəyə sonsuz məhəbbətin təzahürü idi.

Üzeyir bəyin həyatını dəyişdiyi günlərdə Səməd Vurğun dillər əzbəri olan, bir aforizmə çevrilən, hər kəsin əzbərdən bildiyi məşhur “ Ölüm sevinməsin qoy” şeirini yaratdı. Bu əsər Şairin Böyük bəstəkara əbədi bir abidəsi idi. Bu mötəşəm əsər sanki bu gün yazılıb və bu gün də hər iki dahi bizimlə bərabər addımlayır, bizim içimizdədi, yaratdıqları bənzərsiz əsərlərində, hər kəsin qəlbində yaşayır.

...Budur, baxır üzümə, baxır sənətkar gözü,

Yenə gülür danışır, nəfəs alır Üzeyir,

Süzülür qəlb evimə onun hər odlu sözü,

Rübabının səsində qanad açır min şe'r.

 

O sabah da bizimlə addımlayır yanaşı,

"Koroğlu"dan oxuyur yenə zəfər ordumuz.

Ey Füzuli şe'rinın bir bəstəkar qardaşı!

Şöhrət tapdı adınla bizim ana yurdumuz.

 

Ölüm sevinməsin qoy, ömrünü vermir bada

El qədrini canından daha əziz bilənlər.

Şirin bir xatirətək qalacaqdır dünyada

Sevərək yaşayanlar, sevilərək ölənlər...

Mən bu kiçik şe'rimi yazıram göz yaşımla,

Çünki vidalaşıram bir ürək sirdaşımla

 

Bir 1 nəfər və kütlə şəkili ola bilər