"Qarabağ" və "Qalatasaray" arasında daha bir yoldaşlıq oyunu olacaq

Türkiyə "Qalatasaray"ı ilə "Qarabağ" arasında daha bir yoldaşlıq oyunu olacaq.
Yenises.az xəbər verir ki, bu barədə "Qalatasaray"ın prezidenti Dursun Özbek açıqlama verib.
Funksioner növbəti qarşılaşmanın İstanbulda keçiriləcəyini bildirib: "Onları Türkiyədə də dostluq oyunu keçirmək üçün dəvət etdim".
Qeyd edək ki, Bakı Olimpiya Stadionundakı "Qarabağ" - "Qalatasaray" matçı qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.