Putin Rusiya ilə Türkiyə arasındakı ikitərəfli münasibətlərdən danışdı

DÜNYA 09:19 / 05.12.2023 Baxış sayı: 2116

Rusiya Prezidenti Vladimir Putin ölkəsilə Türkiyə arasındakı münasibətləri dəyərləndirib.

Yenises.az "Unikal"-a  istinadla  xəbər verir ki, bu barədə dövlət başçısı xarici ölkələrin Rusiyadakı yeni səfirlərinin etimadnamələrinin qəbulu mərasimində çıxışı zamanı danışıb.

O, bildirib ki, hazırda Türkiyə ilə münasibətlər yaxşı səviyyədədir. Rusiya Prezidenti ikitərəfli münasibətlərdə enerji sahəsini xüsusi olaraq qeyd edib. O, vurğulayıb ki, hazırda iki ölkə arasında çox sayda müştərək layihələr icra olunur.