"Paşinyan Praqada sənədi imzalayanda Qarabağ məsələsi bağlandı"- Lavrov

SİYASƏT 21:15 / 02.10.2023 Baxış sayı: 1484

"Qarabağın Azərbaycanın tərkibinə daxil olması ilə bağlı qərar ER baş naziri Nikol Paşinyanın birbaşa iştirakı ilə qəbul edilib". 

Yenises.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Valday” Beynəlxalq Klubunda jurnalistlərə açıqlamasında deyib.

“İrəvanda bəzən deyirlər ki, 2020-ci ilin noyabrında müharibənin dayandırılması bəyannaməsi imzalananda Putin Paşinyanı Qarabağı Azərbaycana verməyə məcbur edib, bu yalandır. 10 noyabr 2020-ci il tarixli bəyanatda bildirilir ki, Qarabağ Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasıdır. Qarabağın yekun statusu ilə bağlı dialoqun davam edəcəyi ilə bağlı ümumi anlayış var idi. 
Amma 1 ildən sonra baş nazir Paşinyan Praqada keçirilən başqa bir Avropa sammitində sənəd imzalayanda Ermənistan və Azərbaycanın 1991-ci ilin ərazi bütövlüyünü qarşılıqlı olaraq tanıdığı elan olundu. Alma Atanın bəyannaməsinə görə, məsələ bağlanıb”, - Lavrov bildirib.