Məhkəmə Vardanyanla bağlı QƏRAR VERDİ

HÜQUQ 14:38 / 27.05.2024 Baxış sayı: 1569

Bakı Apellyasiya Məhkəməsi Ruben Vardanyan barəsində qərar verib.

Yenises.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi Ruben Vardanyan barəsində həbs qətimkan tədbirinin uzadılmasından verilən apellyasiya şikayətini təmin etməyib.

Qeyd edək ki, Ruben Vardanyan ötən il Qarabağda saxlanılaraq Bakıya gətirilib.

Ona Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham verildiyi məlumdur.
Xatırladaq ki, BBC və digər xarici media qurumları bu yaxınlarda Ruben Vardanyanın müxtəlif ölkələrdə çirkli pulların yuyulması mexanizmləri ilə bağlı və digər əməllərini ifşa edən geniş araşdırma materialları ilə çıxış etmişdi.