Məhərrəm Şəmkirli : - DEYİMLƏR
jpg-1724947997jpg-1724997245.jpg)
Asi deyiləm
Tanrım,mən sənə nə deyim,nə istəyim? Sənin əlindən gələn Əzaylını vaxtlı,vaxtsız üstümüzə göndərməkdi.İnan ki,mən sənə asi deyiləm.Sənin vəzifən oldurmaq,öldürməkdi.Bu həyat həqiqətidir.Qəbul edirəm.
Baharda gəl
Sən bizə baharda güllər,çiçəklər açanda gəl.Gəl,ətiri alimə yayılan güllərə,çiçəklərə qarış.Səni güldən,çiçəkdən seçə bilməyim.Yaddaşımda,xatirəmdə gül kimi qal,çiçək kimi qal.
Allahın evi
Gözümüzü açandan,ağlımız kəsəndə məscidə Allahın evi dedik.Düz demədik,yanlş dedik.Xırda bir yerə o böyda Allahmı sığar,Allahmı yerləşər?! Onun evi kainatdır,yerdir,göydür.Məscid bizim tanrıya əl açıb,ibadət evimiz evdir.
Bənzəməz
Bu günün ölümü dünənkinəheç bənzəməz.İndi ölüm ucuzdan ucuz olub.Bu gün öləni,dünən ölən kimi nə ağlayırlar,nə yasını saxlayırlar.Üçünü,yeddisini,ilini verib,ölən heç olmayıbmış kimi unudurlar,yaddan çıxarırlar.Tanrım,deyəsən biz insanlığımızı unuduruq!
Söz
Sız ilahidən gəlib,ononda İlahi qədər gücü,qüdrəti var.Bəs niyə İlahidən gələn,onun qədər gücü,qüdrəti olan sözü eşidib,duyan yox? Niyə söz bu qədər ucuzlaşdı,dəyərsiz,urvatsız oldu? Günah,suç kimdədir,bilən varmı? Deyin,deyin,tədbir görək,əncam çəkək.Sözü yenidən İlahilədirək,yenidən müqəddəşdirək.Ona Tanrıya and içən kimi and içək.Söz haqqı deyək,and içirəmsözə deyək.Ond “mən şairım”, “mənyazaram”deyənlərdən canını qurtarar söz.