Kəmalə Abiyeva  :-Son sevgimsən.

Ədəbiyyat 14:35 / 17.06.2024 Baxış sayı: 3728

Son sevgimsən

İlk sevdiyim deyilsən sən.

Sənə qədər nəyi sevdim, kimi sevdim

bilmirəm mən.

Sənə qədər səndən ötə sevdim bəlkə

ipək donlu gəlinciyi,bərbəzəkli yelləncəyi.

Bəlkə qışı, qarı sevdim,

Bəlkə də, baharı sevdim.

Sənə qədər onu sevdim, bunu sevdim,

kimisinin gözlərini,

kiminin boyunu sevdim.

Bəlkə sevdim mən hamıdan çirkinini,

bəlkə də, ən gözəlini?

Amma demə sənə qədər

sevməmişəm heç birini.

Demə sənə çatanadək bilməmişəm

sevgi nədir.

Amma ki, mən səni sevdim.

Hər tikəni, hər parçanı

gözlərimə, ürəyimə yığdım elə.

Səni bütöv sevdim elə.

Hər daşını əzizlərəm,

Hər ağrını ovudaram.

Yadlardakı hər qarışın dərd evimdi.

Hər yarana məlhəm olmaq,

yad əllərdən səni almaq and yerimdi.

Adım "Vətən" deyən neçə şəhidin var.

Türkün yurdu şəhid olmaz,

türkün özü şəhid olar.

"Vətən" adlı oğlun ilə,

qızın ilə mən əl-ələTəbrizimlə Bakım ilə

gedəcəyəm Qarabağdan Zəngəzura,

İrəvana, Göyçə gölə.

Oxşayacam hər gülünü, yarpağını,

oxşayacam mən hər qarış torpağını.

Bəlkə bir az səndən doyum.

Səni bütöv sevəcəyəm ömrüm boyu.

Sən uğruna öləcəyim,

sən uğruna yaşadığım varlığımsan -

ana Vətən. Səni bütöv sevirəm mən.

İlk sevgilim deyilsən sən -Son sevgimsən.