Kəmalə Abiyeva : - O ADAM
Nə dəbdəbəli evim,
nə varım, nə dövlətim, nə sərvətim olmadı.
mənim ən gözəl evim, bütün varım-dövlətim,
hər sərvətim sən oldun.
Sənin var-dövlətində, nə qazında, neftində,
nə başqa sərvətində heç vaxt gözüm olmadı.
Səndən heç nə ummadım,
Səni qınayanları, nə alıb-satanları,
nə də talayanları, nə də ki atanları
heç zaman anlamadım.
Mənim sevgim onların gözləriylə ölçülməz.
bu vətən sevgisidir-hər kəsə don biçilməz.
Mən sənə ana dedim,
səni balatək sevdim.
Mən səni balam bildim,
səni anatək sevdim.
Sənə ən xoş günləri, ən uca zirvələri,
yaşatmaqçün çırpındım.
Ürəyim adın ilə çırpındı.
Bilirəm bu dünyada o qədər adamlar var.
Hərə bir tale yaşar.
Hamısı da hər yerdə xoşbəxtliyi axtarar.
amma hər kəs bilməz ki,
dünyanın xoşbəxtidi vətəni olan adam.
Doğma Azərbaycan!
Mən
o adamam- O adam.