Kəlbəcərdə traktor minaya düşdü - Xəsarət alan var

HÜQUQ 09:26 / 02.06.2025 Baxış sayı: 2395

 

Kəlbəcərdə traktor minaya düşüb, xəsarət alan var.

Yenises. az-ın məlumatına görə,iyunun 1-də  rayonun Susuzluq kənd ərazisində traktorun minaya düşməsi nəticəsində 1989-cu il təvəllüdlü Rəşadət Əsədov xəsarət alıb.

Xatırladaq ki, mayın 30-da Ağdərədə, mayın 31-də isə Goranboyda mina hadisəsi qeydə alınıb, iki nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır./report