Kamran Qasımov Los-Angelesdə olub - FOTOLAR

MƏDƏNİYYƏT 14:48 / 16.01.2024 Baxış sayı: 3896

Yanvarın 15-də Los-Angelesdə  Televiziya Sənətləri və Elmləri Akademiyasının ənənəvi Emmi mükafatlarının 75-ci təqdimat mərasimi keçirilib.

27 nominasiya üzrə mükafatlar televiziya serialları və verilişlərinin heyətlərinə təqdim edilib.  “Müvəffəqiyyət” (“Success”) serialı nominasiya etibarı ilə ən çox “Emmy” heykəlciyinə layiq görülüb.

Təqdimat mərasiminin tərkib hissə olan “Emmi Viewing Party”də (Emmi Baxış Gecəsi) Amerika Televiziya Sənətləri və Elmləri Akademiyasının üzvü, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Kamran Qasımov da iştirak edib, Akademiyanın digər üzvləri ilə fikir mübadiləsi aparıb. K.Qasımov həmçinin Amerika Televiziya Akademiyası Fondunun hazırda gənclər üçün yay təcrübə proqramına iştirakçıların seçilməsi üzrə  komissiyasının üzvü kimi fəaliyyət göstərir.