İmişlidə məktəbliləri cərəyan vurub öldürdü (FOTOLAR)

MƏMLƏKƏT 16:06 / 14.04.2024 Baxış sayı: 1068

 

İmişlidə bədbəxt hadisə baş verib. İki yeniyetmə - -2010-cu il təvəllüdlü İsbərov Amid Seyran oğlunu və 2010-cu il təvəllüdlü Məmmədov Farid Vahid oğlunu cərəyan vurması nəticəsində ölüb.

Yenises.az   xəbər verir ki, hadisə günorta saatlarında İmişli şəhəri 5 saylı orta məktəbin ərazisində qeydə alınıb. Məktəbin həyətində yerləşən birmərtəbəli binanın üstünə çıxarkən onları elektrik cərəyanı vurub.

Faktla bağlı araşdırma aparılır.(unikal)