Həzi Həsənli : - İnkarı inkar eylə...
Daha şər qarışanda
Gözlərim də qaralır,
Ulduzlar sayrışanda
Səbrim yaman daralır.
Tükənibdi taqətim,
Hardasan, güzar eylə...
Hanı köhnə adətin?..
İnkarı inkar eylə...
Heç üzümə gülmədi
küçə, çırağı sönmüş,
Zamanında ölmədim,
Fələyin üzü dönmüş.
Daha mənə dar gəlir,
Küçəniz seyrə dalsın,
Yaşamaq da ar gəlir,
Gecəniz xeyrə qalsın!.
01.12.2023