Əlisəfa AZAYEV : - AĞ  DAM

Ədəbiyyat 16:16 / 04.09.2022 Baxış sayı: 2040

 

 

Hakim yaşsa dolduqca lap ağlını itirən kimi idi. Dünya malına, cəh-cəlala, zər-zibaya, rahatlığa meyilli olurdu. Bu səbəbdən də hərdən iş vaxtı da kənar işlərə meyilli olur, ova çıxır, balıq ovlayırdı. Şəxsi həyətində tikinti işləri aparmaqla yanaşı, dəniz kənarında da torpaq shəsi almış, orada cənnət yaratmışdı. Burada hər şeydən əvvəl tikinti təşkilatlatlarının birindən aldığı taxta vaqon diqqəti cəlb edirdi. Özü də bir necə nəfərin köməkliyi ilə bir qədər yüksəklikdə yerləşdirilmiş, rahatlıq üçün hər bir şəraiti yaratmışdılar.

Bu taxta dam ağ rəngdöə boyandığı üçün xeyli uzaqdan diqqəti cəlb edirdi. Bəzən elə hakim tək, ailəli yoldaşlarla yol keçəndə, həmin istiqamətə diqqətlə baxıb deyərdi:

  • Bax, o ağ dam bizimdi...
  • Hansı?
  • Dəniz tərəfə diqqətlə bax. Yüksəklikdə görünən...
  • Hə... Gördüm... Onun yanında başqa heç nə yoxdu ki.
  • Əlbəttə... Elədir ki, var...

Ağ damın yanı çox səliqə-sahmanlı idi. Kənddən də bir nəfər tapşırmışdı ki, ona baxsın. Həyətdə xeyli ağac, gül-çiçək əkdirmişdi. Düzdür, lazımı qaydada sulanmadığı, becərilmədiyi üçün onlardan çoxu qurusa da, duruş gətirənlər, göyərib göz oxşayanlar da odlu. Xüsusilə, qızılgüllər... Necə də həvəslə açırdılar.

Məhkəmədə qəflətən telefon səsləndi. Dəftərxana müdiri dərhal dəstəyi götürüb dilləndi:

  • Allo...
  • ...
  • Bəli, eşidirəm...
  • Kimsə acıqlı, əsəbi səslə səsləndi:
  • Mənə hakim lazımdı...
  • O, yoxdur, hələ isə gəlməyib.
  • Ona deyin ki... Mənə düzgün olmayan srok verib... Ya əmanəti qaytarsın, ya da...

Nurbacı xanım narahat halda soruşdu:

  • Axı sən kimsən?!.
  • Nə fərqi var mən kiməm? Özü hər şeyi lap yaxşı bilir!.. Yoxsa hər şey alt-üst olacaq!.. Nəyim olmasa da, bir yaxşı ovxarlı baltam var!.. Usta adamam, zərbəni hara vurmağı, basıb əzməyi, çalıb-çapmağı, doğramağı yaxşı bilirəm!..

Xırıltılı, zəhimli səsin ara verməsi, kəsilməsi ilə qadın bir rahatlıq tapıb dilləndi:

  • Allah, sən özün saxla. Bu dəlinin əlindən hər bir iş gələ bilər...

Hakim içəri girəndə onu danışan görüb, gülümsədi:

  • Nolub, deyəsən indi də öz-özünə danışırsan?
  • Yox ey, sudya... – deyə dəftərxana müdiri naməlum zəng barədə məlumat verdi: - Nə qədər soruşsam da kimliyini demədi... Elə deyirdi ki, ustayam, məni hirsləndirməyin, mənə düzgün cəza verilməyib...
  • Xox, qorxduq... – deyə hakim əlini yelləyərək, qadının sonrakı sözlərinə əhəmiyyət verməyərək öz otağına keçdi.

Qadın çay aparanda onu fikirli görsə də, bu barədə deyib-danışmadılar. Hər şey sonradan yaddan çıxar kimi olsa da, vəziyyət heç də ürəkaçan olmadı.

İsti yay günü idi. İşin sonunu gözləyə bilməyən hakim, saatına baxa-baxa, evlərinə zəng çaldı:

  • Hazırlaşın, bir azdan dənizə gedək.
  • İş vaxtı?..
  • İşin sonuna az qalıb.
  • Yaxşı.
  • Qarpız da götürün.
  • Qalıb ki...
  • Yaxşı, yoldan alarıq.

Belə səfərlər zamanı onlardan daha çox uşaqlar sevinər, əsl mənada səs-səsə verər, bir hay-küy salardılar ki:

  • Ay can-ay can, dənizə gedirik.
  • Doyunca çimərik...
  • Dərinə getməyin ha, boğularsınız.
  • Əlbəttə ki...

Hakimin “Niva” maşınına minib yola düşdülər. Oğlu qürurlu halda qarşıda, qızı ilə həyat yoldaşı arxada əyləşmişdilər. Oğlan dilləndi:

  • Ata, bir bax... Bizim ağ dam görünür...
  • Hə, görürəm...

Birdən qadın dilləndi:

  • Bəs qarpız?.. Almadıq heç...
  • Yadıma salaydız da.

O, maşını dərhal saxlayıb, geri qaytardı. Sürətli sürəndə qadın narahatlıq içində xəbərdar etdi:

  • Belə də olmaz... Sürətli azalt...
  • Qorxma...
  • Qorxmalı şeydən qorxarlar da. Maşında uşaqlar var.

Maşın sürətli getdiyi üçün sərin hava içəri dolur, uşaqlara ləzzət verir, onlar razı halda şənlənir, səslənirdilər:

  • Ata, yaxşı maşın sürür...
  • Ata qorxmur...

Qadın onlara açıqlandı:

  • Sakit...

Hakim maşını saxlayıb yerə düşdü. Bir neçə qarpıza nəzər saldı. Onların arasında alası, qarası da vardı. Yemiş topası da diqqəti cəlb edirdi. Həyat yoldaşı dilləndi:

  • Yemiş də al...

Hakim isə sanki onun səsini eşitmədi. Hələ də satıcı oğlanla söhbət etməkdə idi. Bu isə söhbətdən çox elə mübahisəyə oxşayırdı. Qadın daha dözməyib dedi:

  • Gəl gedək də... Nə uzun çəkdi... Bir qarpız alacaqdın da...

Hakim maşına oturanda gileyli halda dedi:

  • İşləri düşındə ilan dili çıxarırlar...
  • Bəlkə tanımadı?..
  • Nə bilim...

Satıcı oğlan isə toz qaldıraraq yerindən tərpənən maşının arxasınca baxaraq donquldandı:

  • Ay sənə diplom verənin lap atasına lənət! Məni toza basmağına bax da... Bu da hakim...

Onlar mənzil başına çatanda uşaqlar maşından düşən kimi qızıl gül topasına tərəf qaçdılar. Səsləndilər:

  • Gör necə gözəl açıb!..
  • Ətirlidi!..
  • Həm də tikanlı...
  • Əlinə batdı ki...
  • Birini də mənim üçün dər.
  • Yaxşı...

Anaları onlara acıqlandı:

  • Daha bəsdir... Qoyun üstündə qalsın... Beləcə yaxşıdı... Gözəl görünürlər...

Oğlan gileyləndi:

  • İndi bunu tullayaq?
  • Niyə tullayırsınız ki... Gətirin mən də qoxulayım.

Qadın həvəslə onu burnuna yaxınlaşdırdı:

  • Bəh-bəh, əla ətri var... – Sonra ərinə tərəf üz tutaraq dedi: - Biz bax...
  • Güldü də...
  • Sən belə şeyləri bilmərsən.
  • Mənə sənin ətrin bəsdir...
  • Xoş sözlərinə görə çox sağ ol.
  • Bu gün yamanca könlümə düşmüsən.
  • Sakit... Uşaqlar eşidər... Elə burda qalmışdı?..
  • Buranın havası başqadı. İnsanın ürəyini açır. Daşdan yumşaq nə əlinə düşdü yeyir... Sonra da coşursan da...
  • Sənin kimi... Əlini yığışdır...
  • Baxarıq...

Bir azdan dəstə ilə dənizə tərəf yol aldılar. Ara məsafəsi beş-on metr idi. Qumlu sahil baxdıqca göz oxşayırdı. Hava küləkli olsa da, dəniz bir o qədər vahiməli, qorxulu deyildi. Köpüklü dalğalar sahili döyəcləyir, sanki narın, sarı qumlarla əylənir, oyanyırdılar. Birdən oğlu səsləndi:

  • Ata, bir ora bax... O görünən nədir?
  • Nə?..
  • O qaraltı da...
  • Daş... Qara daş...
  • Mən elə bildim ki, adamdı...

Dənizin suyu sərin idi. Yayın bu isti, qızmar havasənda ləzzət verirdi. Uşaqlar şad-xürrəm halda çılğıncasına deyib-gülməkdə, suya baş vurmaqda, səslənməkdə idilər:

  • Bax, mən üzürəm...
  • Mən də...
  • Balıq...
  • Yox a...
  • Noldu?!.
  • Ayağım sürüşdü.
  • Yavaş, boğularsan.
  • Kömək elə də...
  • Gəlirəm...

Atası ilə anaları onlardan bir qədər kənarda yuyunurdular. Qadının təzə qırmızı çimərlik paltarı kişidə bayaqdan güclü şəhəvət hissi oyatmışdı. Hey ona baxmaqda idi. Suya girən kimi onu qamarladı:

  • Sakit ol...
  • ...
  • Dedim də...
  • ...
  • Uşaqlar baxır...
  • Uşaqlar nə bilir ki, suyun içində nə edirik?..
  • İndiki uşaqlar səndən-məndən çox şey bilir... - Sonra isə qadın pörtmüş, yanağı allanmış halda pıçıldadı: - Bir də ki, hər şey elə burada qalıb...

Hakim onun bu sözlərindən narazı halda mızıldandı:

  • Hə... Hə... Gündüz iş... Axşam da sənin bu kinolara, seriallara baxmağından vaxt olur ki?..
  • Vallah, hər şeyin ağını çıxartmısan. Ağlını itirmisən... Hamısı qocalıqdandı. Daha yaşlanmısan...

Xanımın bu sözləri ərini ondan uzaqlaşdırmaq əvəzinə, daha da coşdurdu... Səsləndi:

  • Bu dəqiqə mən sənə göstərərəm...
  • Nəyi?!.
  • Göstərərəm ki, hələ qıvrağam, təpərliyəm...
  • Ay səni... Yoxsa incidin?..
  • İnciyərəm də...
  • Kövrəlmə... Mənim əzizim...

Duzlu, şor suda hər şey xoş idi. Onların bir-birinə belə yaxın dayanmaları, qucaqlaşmaları, sıxılmaları, nəvazişləri, bir-birlərini sığallamaları, oxşamaları, öpüşmələri... Xoş məstlikdən qadın sussa da, kişi filosofluq elədi:

  • Mən haradasa eşitmişəm... Belə duzlu suda yaxın olmaq bir o qədər qorxulu deyil. Əksinə, bəlkə də xeyirlidir...
  • Sənin kimilər üçün...
  • Yenə sancdı da...
  • Sancmalı adamı sancarlar da...

Süfrə arxasında cəm olanda aldıqları qarpızı da kəsdilər. Qarpız alaçiy çıxdı. Hakim gileyləndi:

  • Bax da... İndi aparıb bunu çırpasan başına.

Qadın dilini dinc saxlamadı:

  • Bir o deyil ki... İndi onsuz da ata-at zəmanəsidi. O da birinə atmalı idi də. Nə etsin ki, bəxtinə sən çıxmısan.

Hakim ciddiləşdi:

  • Bu nə sözdü?
  • Elə o gün televizorda eşitmədin, şəhərdə bir mənzili necə adama satıblar. Bunu hər adam edə bilməz. Görünür, kimə isə arxayındır, müdafiə olunur da...
  • Cəzasını alanda deyəcəm sənə.
  • Ola bilməz ki, elə əvvəldən bir tədbir görsünlər?
  • Deyirsən də...
  • Əlbəttə, sərf eləmir axı... Belələrinin bu kimi işlərindən kimlərsə də yararlanır, bəhrələnir, dolanır da...

Hakim yenə filosofyana dilləndi:

  • Bir müdrikin sözləridi... Yaxşı deyib... Lap münaqişələr, mübahisələr olsun... Həkim müəlicə etməli, müəllim dərsini deməli, hakim hökmünü verməlidir.

Qadın qımışaraq əl çaldı:

  • Əla!..

Uşaqlar da ona qoşularaq gülə-gülə əl çaldılar:

  • Ata böyük adamdı...
  • Ata hakimdi...
  • Mən də böyüyəndə yurist olacağam.

Hakim:

  • Öz dilinlə danış.
  • Necə dəfə demişəm, tapşırmışam ki, danışanda bu yabancı sözləri az işlədin.
  • Heş işlətməsələr daha yaxşıdı.

Qadın incik halda:

  • Bəs əməldə?.. Milliliyi onda da qorumaq lazımdı.
  • Pay atonan, mənim düşmənim süfrəmin qırağındadı ey...
  • Niyə düşmən oluram ki?.. Nahaq demirlər ki, birini vur, yumruqla, lap təpiklə... O vəziyyəti başa düşüb səndən inciməz, bağışlayar. Ancaq heysiyyatına toxunduğun , saymamazlıq etdiyin adam heç vaxt səni bağışlamaz...
  • Mən nə etmişəm ki?
  • Çox təkəbbürlüsən... Hakim olanda nə olar ki, bir qədər sadə ol də...
  • Yoxsa, o ovxarlı baltalı sənə də zəng çalmışdı?

Qadən hər şeyi etiraf etdi:

  • Bəli, çalmışdı... Sənə demək istəmirdim... O adam kimdi, nə istəyir?..
  • Mən nə bilim... Məhkəməyə də zəng çalmışdı...
  • Səninlə danışdı?..
  • Hə... Əvvəl dəftərxana müdirinə də zəng çalıbmış.
  • Adını, kimliyini demədi?
  • Yox...
  • Qəribədi... Səsini tanımadın?.. Axı onun işinə baxmısan?

Hakim incik halda gileyləndi:

  • Sən də söz danış da... Gündə neçə-neçə işə baxıram. Bəyəm hamısını yadda saxlamaq olur?..
  • Onda kimsə araya girib, pul alıb... İncik salıblar onu...
  • Bəlkə də...

Hakim hər şeyi özü lap yaxşı bilirdi. Bu avto-qəza işinə oxşayırdı. Səhlənkarlığı üzündən ekspertiza təyin etməmiş, sonradan hər şey qarışmış, sürücü həbs olunmuşdu. Halbuki təqsirkarın bu işdə bir o qədər günahı yox idi. Sözsüz ki, islah-əmək düşərgəsində çoxbilmişlər, təcrübəli məhbuslar ona hər şeyi izah etmiş, aydınlaşdırmışdılar...

Artıq hava qaralmaq üzrə idi. Uşaqları səslədilər:

  • Cimdiniz, bədir, gəlin gedəyin.
  • Hə, vaxtdır... Paltarınızı geyinin...

Nə qədər qəribə olsa da, paltarların yanına gələndə qızı dilləndi:

  • Ana, bu nə səsdi?..
  • Dənizin...
  • Yox ey... Kimsə elə bil ki, daşları döyəcləyir...
  • Ay qız, tez ol, gedək... Səni qara basıb...
  • Hə, istidən... Olar... İndi ki, sərindi...
  • Gün vurub da... Deməkdən yoruldum ki, kölgəliyə çəkilən, bir o qədər günün altında dayanmayın...

Paltarlarının geyinəndə əri səsləndi:

  • Bəs mənim şalvarım?!.
  • Burada idi...
  • İndi yoxdur!..

Onu xeyli axtarsalar da, tapa bilmədilər ki, tapa bilmədilər. Pərt olsalar da gülüşdülər.

  • Bəlkə it aparıb?..
  • Ola bilər...

Doğrudan da yol tərəfdən gələndə uzunqulaq bir it görmüşdülər. Ehtimal böyük olsa da, inandırıcı deyildi. Qadın qımışdı:

  • Elə onun işi olacaq...
  • Yox... Burada it olsaydı, yemək–içməyə də toxunardı... Bax maşının qapısı da açılıb ki... Hə, xoruzun quyruğu görünür... Burada kimsə olub...

Arvadı qorxmuş halda pıçıldadı:

  • Bəlkə elə o... Hirsləndirdiyin qarpızsatan oğlanın işidi?..
  • Yox... Bu adam daha qəzəblidi... Şalvarı aparmağına, məni rüsvay etmək istəməsinə bax da... Ay əclaf!..

Qadın titrədi, ağlamsındı:

  • Yaxşı da... Qorxutma da məni...
  • Yox, elə gəlib səni öldürəcək.
  • Olanda hər şey ola bilər. Özümdən daha çox uşaqlar üçün qorxuram...

Uşaqların isə dünya veclərinə deyildi. Bir müddət sakit dayansalar da, sonradan yenə də qımışmağa, gülməyə başladılar. Əlbəttə, indi bir qədər sakit, xəlvətdə...

  • Ataya bax... Şalvarsız köynəkdə gör necə gülməli görünür...
  • Hə... Lap o artistə, aktyora oxşayır... Fransıza...
  • Gəl qaçaq...
  • Hara?..
  • Yola tərəf...
  • Evə getmirik?
  • Gedək, bəlkə həqiqətən də onun şalvarını it aparıb.

Kişi bu sözləri eşidib hirsləndi:

  • Tez maşına əyləşin! Onsuz da oradan keçəcəyik də... O tərəflərə baxarıq...

Maşını yolun kənarında saxlayıb, nə qədər axtarsalar da kişinin şalvarı tapılmadı.

  • Lap biabırçılıqdı. İndi birdən QAİ maşını saxladı, nə edəcəksən?..
  • Maşından düşmərəm.
  • Birdən başçı ilə qarşılaşdıq. Ona da maşın saxlamayacaqsan? Bəlkə bir söz soruşacaq, yanına çağıracaq?.. Hadisə də ola bilər... Onda da yerə düşməyəcəksən?
  • Sənin ağlına heç vaxt xeyirli söz, fikir gəlmir də...
  • Ehtiyatlı olmayıq da...
  • Yaxşı, təklifin nədi?.. Sənin paltarını geyinim, tanımasınlar?
  • Yox... Daha yaxşı olar ki, elə birtəhər baqajda bükülüb oturasan... Maşını mən sürüm...
  • Hə?!. Bircə bu qalmışdı... Ancaq az-çox ağıllı təklifdi...

Həmin gün hava qaranlıqlaşanda gəlib çıxsalar da, səhər eşitdikləri bəd xəbər qanlarını lap qaraltdı. Hadisə yerinə baxmağa özləri də getmişdilər. Kimsə ovxarlı balta ilə taxta vaqonu çaphlam-çaphlam edib, sonra da od vurmuşdu... Sevimli ağ damlarından indi hisli, tör-töküntülü, bu acı mənzərə qalmışdı...

Arvad peşmançılıq, qara-qorxu içərisində dedi:

  • Elə onun – baltalı adamın işi olacaq.
  • Hə... Əlbəttə ki...
  • Şikayət edəcəksən?!
  • Kimdən?!. Kimə?!.
  • Axı bu işi belə qoymaq olmaz.
  • Onda çox mətləblər açıla bilər...
  • Sus... Susmaq sənə nə xeyir gətirəcək?
  • Hər halda xeyrimi-şərimi səndən yaxşı bilirəm... Bu meşəyə, çəngəlliyə səndən daha çox mən bələdəm...

Üzə vurmasalar da, o gündən amansız qorxu onların qəlbinə hakim kəsildi. Hər an gözləri önündə əlində ovxarlı balta tutmuş adam canlanırdı. Hakim də artıq dəyişilərmiş kimi olmuşdu. Əvvəlki kimi o qədər təkəbbürlü deyildi... Sadə, səmimi olmuşdu... Baxdığı işlərdən təmənna güdmürdü...

 

 

 

 

 

Gözəl bir payız günü idi. Dövlət notariusu nahardan sonra iş