Əbülfət Mədətoğlu : - Yağışla söhbət

Ədəbiyyat 09:33 / 30.11.2023 Baxış sayı: 2458

 

Şüşəsiz pəncərədən

üzümə yağış yağır...

Damlalar ilk zərbədən -

üzümə naxış salır...

 

Hava sanki suyulur,

bir həlimlik duyulur...

İçimdən qəm yuyulur -

üzümdə yağış qalır...

 

Baxmır fikrə, zəndə də

çəkir hər cür fəndə də!..

Mən adlı bu bəndə də -

Yağışa bağışlanır!