Əbülfət Mədətoğlu : - Payız gecəsinin tənhalığı

Ədəbiyyat 09:44 / 05.10.2023 Baxış sayı: 2418

 

Bu payız axşamı, bu yarpaq səsi

Mənim də içimdən bir cığır salır...

Titrəyir üşüyən gülün nəfəsi -

Təklənən ürəyim xəyala dalır...

 

Gecə mənzərəsi bir az kədərli,

Düşən yarpaqlar da daman göz yaşı.

Mənə elə gəlir təəssüf hədərdi -

Hər günün sonunda bir "əhləd" daşı...

 

Açıb sərgisini xatirələrin,

Yaddaşım , sakitcə söz-söz oxunur...

Deyəsən silməyə tənhalıq tərin -

Üzümə saralmış yarpaq toxunur...