Əbülfət Mədətoğlu : - Gözündən

Ürəyimi sap edəndən kədərə
Nazilibdi, keçir iynə gözündən...
Məni dustaq eyləyibdi qədərə -
Bax, tökülür yenə hiylə gözündən...
"Ah" qapısı açıq qalıb üzümə,
Əli sazlı aşıq salıb izimə...
Vaxt tapanda döyə-döyə dizimə -
Yayınıram, hayla, küylə gözündən!..
Əbülfəti kandarına sər, götür
Ürəyini lap kökündən dər, götür!
Barmaqları dillər üstə tər tökür -
Vəd almaqçün do-re-mi-ylə gözündən!