Əbülfət Mədətoğlu : - Bacarmadın...

Ədəbiyyat 13:00 / 06.04.2024 Baxış sayı: 2945

 

Ömrün boşdu və heçdi

bir məqam idi - keçdi !..

bundan sonra ta gecdi -

bacarmadın sevməyi,

bacarmadın, Əbülfət!..

 

Dünya fikir meydanı,

xoşdu sənə mey tamı!..

lap olsan da heyranı -

bacarmadın sevməyi,

bacarmadın, Əbülfət!..

 

Ağlın ,gözün kor oldu

od-alovun qor oldu...

ürəyin də yoruldu-

bacarmadın sevməyi,

bacarmadın, Əbülfət!

 

Yolun kəsdin kimin sən,

indi kimsən, kiminsən?!

qırdın ümid simin sən -

bacarmadın sevməyi,

bacarmadın, Əbülfət!..

 

Bu gün qınaq özünsən,

sənə qıraq -özünsən!..

sönən çıraq özünsən -

bacarmadın sevməyi,

bacarmadın, Əbülfət!.