Bu oyunla Türkiyə millisi heç bir nəticə göstərə bilməyəcək - Sabir Zəkullaoğlu

İDMAN 13:04 / 23.06.2024 Baxış sayı: 8259

39 yaşlı Cristiano Ronaldonu 90 dəqiqə oynadırlar, 19 yaşlı Arda Güləri 30 dəqiqə..

Yadımdadır.

Hakan Şükürün ulduz vaxtlarında onu İtaliyanın "İnter" klubu almışdı.

Alıb sadəcə ehtiyatda saxladılar.

Eləcə mənəvi-psixoloji təsir altında onun karyerasına son qoydular.

O da, elə bil İtaliyaya ibadətə getmişdi..

Hər gün beş dəfə namazını qılırdı.

Bi dəfə də olsun namazını qəzaya vermədi..

Nəticədə, futbolçu koryerası sönməyə başladı.

Daha doğrusu, məqsədyönlü şəkildə türk futbolçusunun karyerasını bitirdilər..

İndi də İtaliyada məşqçi gətiriblər..

Bu məşqçinin nə taktikası, nə strategiyası, nə də oyun kombinasiysı başa düşülən deyil..

O futbolçular mışqçisiz də bu oyunu göstərə bilərdilər.

Çünki çox bərbad performans sərgilədilər..

Ümumiyyətlə, düşünürəm ki, klublardan fərqli olaraq, milli komandalara məhz milli məşqçilər rəhbərlik etməlidirlər.

Millinin oyununda da, sadəcə futbol oynamağı bacaranlar yox, millinin şərəfini qorumağa həvəsi, istəyi olanlar oynamalıdır..

Bu oyunla Türkiyə millisi heç bir nəticə göstərə bilməyəcək.

Çünki, çox xaotik bir oyun sərgilədilər, oyunçular çox həvəssiz, istəksiz görünürdülər...

 

Paylaş