AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİNİN MİNGƏÇEVİR BÖLMƏSİ-ndən AÇIQLAMA

MƏDƏNİYYƏT 18:53 / 28.11.2023 Baxış sayı: 4122

“PALİTRA” YAZARLARA UNUDULMAZ ANLAR BƏXŞ ELƏDİ

Son beş ildən bəri AYB Mingəçevir bölməsinin nəzdində fəaliyyət göstərən və hər ayın sonuncu bazar günü, saat 11-də yerli yazarları bir araya gətirən “Palitra” Ədəbi Klubunun dünənki məşğələ günü də bir sıra çeşidli əlamətləri ilə yaddaqalan oldu.

Əvvəlcə bölmənin sədri İsmayıl İmanzadə noyabr ayının 22-də AYB-nin Natəvan klubunda “Mingəçevir Günü” devizi ilə keçirilən “Ruhumuzun yaz havası” almanaxının və bölmənin yetirməsi Seymur Sönməzin yeni şeirlər kitabının təqdimatı ilə ilgili müfəssəl məlumat verdi və həmin məclisdə şəxsən iştirak edən Bəhman Gülövşəli, Namiq Zaman və illər öncəsi dünyasını dəyişmiş şair Murad Xasməmmədovun övladı Elşənə təşəkkürünü bildirdi. Bölmə rəhbəri əlavə olaraq nəzərə çatdırdı ki, təqtimat mərasimində almanaxda əsərləri dərc olunan yazıların bir neçəsinə- İsmayıl İmanzadə, Bəhman Gülövşəli, Valeh Heydər, Namiq Zaman, Gülnarə Acalova (“Nar çiçəyi”), İsmayıl Yusifli, İlahə Qəhrəman və Seymur Sönməzə tanınmış şair Zahir Ustacın rəhbərlik etdiyi yaradıcılıq qurumunun diplomları təqdim edilmişdir. Tədbirə qatılmayan bir neçə yazarımızın diplomlarını isə “Palitra”nın bu günkü toplantısında öz sahiblərinə çatdırmaq daha önəmli hesab edildi. Bölmə rəhbərinin təklifi razılıqla qarşılanmaqla, Mehman Rəsulov, Eyyub Rəşidov, Kəmalə Əyyubqızı, Məmməd Mərzili, Ağabala Salahlı və Mahir Musaya mükafatlar təqim edildi.

Tanınmış şair və nasir Elşən Əzimin və bir neçə yazarın diplomlarını isə AYB Mingəçevir bölməsinin növbəti təntənəli bir tədbirində təqdim etmək müvafiq hesab edildi.

Yazarların ümumi razılığı və xeyir-duaları ilə klassik Azərbaycan şairi Xurşidbanu Natəvanın 190 illik yubiley tədbirini dekabr ayının 7-də keçirmək qərara alındı. Bundan sonra isə mingəçevirli yazarlar-Bəsti Bərdəli, Elşən Əzim, Ağabala Salahlı, Mahir Musa, Bəhman Gülövşəli və Kəmalə Əyyubqızı özlərinin yeni şeirlərini oxumaqla, könül xoşluğu ilə axarını tapan məclisə əlvan söz çalarları bəxş etdilər. Sonda “Palitra”nın yaddaşlarda iz salan onəmli bir addımı da foto-şəkillərdə öz əksini tap

28.11.2022

+11

Bütün reaksiyalar:

10Siz, Ayb Mingəçevir Bölməsi və başqa 8 nəfər