Ayaz Arabaçı : - Uydurulmuş xoşbəxt həyat

Ədəbiyyat 08:00 / 07.02.2025 Baxış sayı: 1497

uydurulmuş xoşbəxt həyatın

reklamı qurtaranda

gerçək aləmin mənzərəsi başlayanda

hüznlü bir şeir çıxacaq əlimdən

çıxacaq qəza kimi,

çıxacaq

küçədəki səfil adamın

yırtıq ayaqqabısından

boylanan sağ ayağının baş barmağı kimi.

toxunuram vətənimin yaralı yerinə.

ürəyim sinəmdə təpik döyür neçə illərdi

xatirəmə ucaldılan vüqarıma..

ildırımlar başımın üstündə,

minalar ayağımın altında..

özünü allah sayan

bu qədər adamların içində

kimin duası xilas edəcək məni?..