Aqil Abbas : - "Televiziyalarda bir arvad boğuşmasıdır, bir də həkimlərin reklamı"

"Mənfur sovet hökuməti dövründə Mərkəzi Komitənin qəzetində şöbə müdiri idim. Həkim haqqında adi xoş söz demək də qadağan olunmuşdu".
Yenises.az bildirir ki, bu sözləri Milli Məclisin plenar iclasında millət vəkili Aqil Abbas deyib.
O vurğulayıb ki, bütün televiziyalarda bir arvad boğuşmasıdır, bir də həkimlərin, dərmanların reklamıdır:
"Buna bir əncam çəkilməlidir. Bu qədər həkim reklamı düzgün deyil. Yaz sessiyasında "Reklam haqqında" qanuna yenidən baxılmalıdır. Düzdü, bu, televiziyalara böyük ziyan vuracaq. Onlar arvad davası, həkimlərin reklamı ilə qidalanırlar".