Xanım İsmayılqızı : - Ruhla bədən arasında.

Ədəbiyyat 19:26 / 14.04.2024 Baxış sayı: 1411

Tavan - evlərin üstüdü,

Bulud - göylərdə tüstüdü,

Ölüm - həyata pusqudu

Ruhla bədən arasında.

 

Ayaq - cismini daşıyan,

Ürək - beyninə aşiyan,

Ömür - bir andı yaşayan

Ruhla bədən arasında.

 

Söz - qəlbdən su içib gələn,

Yaş - hər illə dərdi bölən,

Dünənsə - bu gündə ölən

Ruhla bədən arasında.

 

Göy - yerin üzünü görən,

Torpaq - yoxundan bar dərən,

Ana - bətnindən var verən

Ruhla bədən arasında.

 

Vətən - sənə arxa olan,

Evlad - nəfəsini alan,

Can - yol ayrıcında qalan

Ruhla bədən arasında.

 

 

Bəşər - milyonların səsi,

Sevgi - varlığın zirvəsi,

Allah - qoruyan hər kəsi

Ruhla bədən arasında.