Tapdıq ƏLİBƏYLİ

Ədəbiyyat 19:03 / 14.12.2025 Baxış sayı: 1194

 

Dünyanın işləri qarmaqarışıq,

Bozarmış üzündən deyəsən çaşıq.

Payız sazağında elə bil qışıq...

Qışın gəlişini qarından soruş.

 

Həvəs də otəndir, ötən gün kimi,

Sevinclə suslənmis şirin ün kimi...

Gözəl də solandır açan gül kimi,

Üzün qırışını qarıdan soruş.

 

Bu dünya malından yığılan sərvət -

Kiminə səfadır, kiminə zillət.

Kiminə lənətdir, kiminə rəhmət,

Cənnət-cəhənnəmi Tanrıdan soruş.

 

Arif sayılıbdır söz xiridarı,

Tapdıq, kökdə olmaz hər könül tarı.

Sözünü eşitsin söz qanan barı...

Bağbanı bağının barından soruş.