SÖZÜN SİBİRİNDƏN QAÇIŞ- yazdı Kəramət

CƏNAB 8.000.000 - 1 və CAVİD FƏNDİ
(Ezop, Demos, Alleqoriya, Pritça)
Nə qədər fərqli düşünən, yox..düşüncə özü fərqlilikdi..qalanlar düşüncə əmöbləridi..kölələridi..diri söz var Sibirə sürgün eləmişdilər, məkan dəyişgəndi. Sibirdəki türmənin rəisi Cavid Əfəndini nömrəsiylə çağırdı, -ey dustaq.
Dustaq cavab verdi: " GÜNƏŞ SƏMADA ÜŞÜYÜR"...
-Onu yanıma gətirərsiniz -əmrini verdi rəis.
Zaman biri-birinə qarışmışdı, Sibir cənnətə dönmüşdü, cəhənnəm hər yerə dağılanda Cəhənnəmə nə hacət. Hər yer Kərbəla, hər yer müsibət.
27 yaşlı gənc şair Cavid Əfəndiyə Yasamaldkı gecəqondusundan namə yazdı. Yazıçılar İttifaqı binasının qabağındakı nəhəng ağacın koğusuna qoydu-ən etibarlı poçt qutusu.
Adım da çıxıb yadından
haçandı bir-birimizlə başqa dildə danışırıq
Ya keçmişdən, ya sabahdan gələn diləm
8.000.000 + 1-əm
8.000.000 - 1-əm
Heç olmasa, nömrələ
heç olmasa, Cənab 8.000.000 X(iks) de.
Bayıl türməsinin rəisi 1993-cü ildə intihar etdi, 25 ildi işləyirmiş, dəfələrlə nazirə ərizəylə müraciət edib ki, işdən azad olunsun.. Dustaq paltarında asmışdı özünü, üstünə "1 №-li dustaq" yazılıbmış.
Üzümü göyə tutub qışqırdım:
- MƏN ALLAHI GÖYDƏN, TAXTINDAN ENDİRƏCƏYƏM.
Ancaq bilmirdim ki, Allah çoxdan taxtını tərk edib, təkcə taxtı qalıb. Göyləri-taxtı alandan sonra Allahın Allahlığı qalmır, ona görə Allah taxta dönmüşdü. Ona görə illərcə vəzifə kreslosuna məhkum olanlar əriyir hopur kresloya və kreslodan başqa heç nə qalmır yerində. Dəfn eləyəndə də aparıb Fəxri Xiyabanda kreslonu dəfn edirlər.
--Hmm, poet..ömürlük dustaq,-rəis qarnını sığalladı, mədədən çıxan səslər qarından töküldü.-25 yaşından burda rəisəm, atam da məndən öncə.
--Deməli 40 ildi rəissən, səndən qabaq da atan..nəsillikcə dustaqsınız. Dustaqların dustağı...-pıçıldadı Cavid Əfəndi.
Rəisin qulaqları uğuldadı: "Dustaqların dustağı..ı..ı..ı..".
Cavid Əfəndi "baraka" qayıtdı, dustaqlar "stukaç"ı-xəbərçini bəsləyirdilər, kökəldirdilər. Sibirdən qaçmaq uzun bir yoldu. Xəbərçini də özləriylə qaçıracaqdılar, yolda acından ölməsinlər deyə "payok"larından kəsib kökəltdiklərini kəsib yeyəcəkdilər.
Göy üzündə Günəş üşüyürdü...