Sevinc Qərib -ANA
Ədəbiyyat
19:20 / 14.12.2025
Baxış sayı: 1604
Oğul düşmən çəpəriymiş,
Çəpər "göyərdə" bilmədim.
Qız dizinin təpəriymiş,
Təpərsizdi dizim, ana...
Özümdən Tanrıya yolam,
Ruhum göylərə körpüdü.
Dərdin yarıtdığı qulam,
Qəmə toxdu gözüm, ana...
Varım-yoxum sözdü elə,
Misra-misra ömr edirəm.
Tale yazan yazdı belə,
Deyirsən döz, dözüm, ana...