Şakir Xanhüseynli - Torpaq bizim çörəyimiz

Ədəbiyyat 12:10 / 10.06.2026 Baxış sayı: 177

***

Torpaq bizim çörəyimiz,

biz də torpağın yemiyik;

Artırıq bir-birimizlə--

biz torpaqla, torpaq bizlə...

 

Bəxtimizdə soyuq qış var,

üzü gülmür gələn yazın...

Ən son ümid yeri kimi

biz torpağın, torpaq bizim...

 

Bir xışma ovcuna alıb

dayana bilmirsən hissiz;

Heç misalı, puç misalı

biz torpaqsız, torpaq bizsiz..!