Sabir Zəkullaoğlu : - Görünən o ki...

YAZARLAR 17:54 / 17.06.2024 Baxış sayı: 3151

Adam var hər yerə tələsir.

Mən özüm də tələsən adamam..

Ümumiyyətlə, biz bir millət olaraq həmişə, harasa tələsirik..

Məntiqlə, son olaraq, son mənzilə çatmağa-ölməyə tələsirik..

Təbii ki, tələsiriksə tez də çatacayıq..

Əlbəttə, bu doğru deyil..

Görünür bu bizim yaşam tərzimizlə bağlıdır.

Yaxşı gün görməmişik deyə, tələsirik. Elə bilirik yaxşı gün qabaqdadır..

Ona ğörə də, biz millət olaraq kompleks yaşayırıq.

Səbəbsiz heç nə yoxdur.

Ancaq biz nədənsə həmişə nəticəni müzakirə edirik.

Bizim bu davranışımız da səbəbsiz deyil.

Görünən o ki, genetik kodumuz belədir.

Hər bir insanın atadan, anadan gəlmə gen daşıyıcıları olduğu kimi, millətin də özünəməxsus genetik kodları var..

Məsələn yahudi doğulmaq fərqli genetik koda sahib olmaq deməkdir. Min illərdir bu millətin genetik kodu öz sözünü deyir.

Ərəblərin də özünəməxsus zadları var ki, bunu hamımız bilirik..

Həm də görürük..

Min illər də keçsə, dəyişən deyil.

Gərək gen dəyişilsin. Bunun da yeganə yolu təhsildən keçir.

Necə ki, sözün bütün mənalarında inqilab etməyi bacaran millətlər, məhz elmi biliklərə sahib olmaqla süni zəkaya, süni intellektə sahib olan yeni bir dünya yaradıblar..

Ancaq bu müstəvidə biz elə rahatlıq ki, elə bil bu bizə heç lazım da deyil.

Sadəcə oturub gözləyirik ki, kimsə gəlib bunu bizim əvəzimizə edəcək..

Ən ağır vəziyyətlərdə Allah bir qoç göndərir..

Görünür hələ o qədər də ağır gündə deyilik.