Rəfail Tağızadə - Torpaq sevgisi
Ədəbiyyat
08:47 / 09.12.2025
Baxış sayı: 718
Heç nəyi
bir udum su,
bir damla göz yaşı həsrətindən
cadarlanan torpaq qədər sevmədim.
Kol dibində boynun bükən
bənövşəni belə.
Ətrindən məst olduğum
qızılgülü belə.
Hətta səni belə...