Kəramət : - Döyüşə kişilər gedir.

YAZARLAR 09:20 / 26.05.2024 Baxış sayı: 1698

ÇOXARVADLILIQ NORMALSA,

NİYƏ ÇOXKİŞİLİK OLMASIN?

. Döyüşə kişilər gedir.

Mifoloji təfəkkürdən ta üzü bəri Qadın-Ana-Torpaq,, Kişi- Günəş şüası-Toxum kimi qəbul olunub. İbtidai icma, qəbilə-tayfa münasibətlərində də bu amil aparıcıdır. Kişi qabıq-ilkzərbəni alan və reaksiya verən, ov ovlayan, quş quşlayan, digər qəbilələrlə döyüşən və qənimət gətirən tarixi obrazdı. Qadınsa, mağarada, qəbilədə qalan, uşaqları, od-ocağı qoruyan simadı.

Deməli , döyüşə gedən kişilər qarşı tərəfin kişiləriylə üz-üzə gəlir, kişilər kişiləri öldürür, qadınları isə işçi qüvvəsi kimi əsir götürüLÜr, onlar təkcə kölə, kəniz deyil, digər fiziki təcavüzü də haqq edirlər, qalib kişilərin bu haqqını ana-qadın da tanıyır, yumşaq şəkildə desək. Sonralar dini müharibələrin uzun müddətli, daha qanlı dövrü başlar. İstər xristianlığın, istərsə də müsəlmanlığın yayılmasında eyni arqumentlər əsas alınır. Kim kimin qılıncının altından keçir, qılıncı tutan əl kimindir? Qılınc müsəlmanı müsəlmanlığı zorakılıqla qəbul etdirilənlərə deyilib. Səlib yürüşləri, Xristian-Müsəlman müharibələri, ayrısekkiliyinin bu günə qədər davam etməsi bəşər təfəkkürünün gerizəkalılığının göstərgəsidir, yəni hələ də insani dəyərlər üstün deyil.

Şahların, hökmrarların çoxarvadlılığı siyasi manevr, ölkə çıxarlarıyla izah olunub. Osmanlı imperiyasında bu mənzərəni müşahidə edə bilərik. Sezar-Kleopatra tarixi reallığı da ortada.

Əlavə edim ki, bütün müharibələrdə işğalçı ölkə işğal etdiyi ölkənin oğlan uşaqlarını qırıb, kişi qətliamı baş verib tarixən. Qadınlar dul qalıb, ölkəyə döyüşçü-kişi gərəkdir, indiki dillə desək, çoxarvadlılıq dini-hüquqi status qazanıb. Kişi kultu üstünlük qazanıb, bu səbəbdən. Patriarxlıq beləcə öz dəyişməz hakimiyyətini davam etdirib.

2. Mədəni inqilab baş verib, kişi-qadın bərabərliyi, qadının seçmək-seçilmək hüququ uzaq deyil, dünənin işidir. Qadın boşanmaq hüququ qazanıb, hətta kişini boşaya da bilər. Müsəlman ölkələrin Ana qanununda bu qanun maddəsi varsa da Təfəkküründə qəbul görmür. Bu belədir, özümüzü aldatmayaq.

Londonda tarixi bir yer var-üstüaçıq muzey kimi...Keçid dövründə kişilər qadınlarını evdən qovanda bura gətirib satarmışlar ki, qadın acından ölməsin (mərhəmətə bax). Sonralar fahişələr burda dayanarmış, daha sonralar anlayış dəyişdiyində, təkcə bu məkan qalıb, yaddaşıyla..

HAMI OĞURLUQ EDİRSƏ, O ÖLKƏDƏ OĞRU OLMAZ. HAMI YALTAQSA YALTAQ TAPAILMAZ   O YERDƏ.

HAMI FAHİŞƏLİK EDİRSƏ (KİŞİLİ-QADINLI) O ÖLKƏDƏ FAHİŞƏ OLMAZ.

Bütün bu yuxarıda sadaladığım naqisliklərin kökündə iqtisadi böhran dayanır, möhtaclıqdan irəli gəlir, əsasən, yoxsa belə kütləvi halla qarşılaşmarıq.( davam etmək istərdim, sadəcə yoruldum)