Ermənistanın havadarları bunu görmürlər" - Millət  vəkili

 16:38 |  710

Gündəm 23:21 / 22.04.2024 Baxış sayı: 1051

“Azərbaycan 44 günlük müharibədən qalib çıxdı, 23 saatlıq anti-terror tədbirləri nəticəsində erməni təcavüzkarlarının başını əzdi, suverenliyimiz tam bərpa olundu. Lakin təəssüflər olsun ki, artıq müharibə başa çatsa da, çoxsaylı təxribatlardan yaxa qurtarsaq da, mina müharibəsi ilə üz-üzəyik. Erməni faşistlərinin ərazilərimizə basdırdığı bir milyondan artıq mina insanların həyatını alır. Tez-tez mina partlayışları nəticəsində həlak olur, şikəst hala düşür" Bu sözləri  açıqlamasında millət vəkili Tahir Rzayev deyib.

 

Deputat bildirib ki, minaların təmizlənməsi ağır bir prosesdir: “Çünki təcavüzkar Ermənistan elə bir sahə qalmayıb ki, ora mina basdırmasınlar. Hətta qəbirstanlıqlara, tarixi abidələrə, dini ibadətgahlara belə mina basdırılıb. Bu hərbi cinayətdir. Lakin beynəlxalq aləm və Ermənistanın havadarları bunu görmürlər.

Əslində isə mina basdırılmış ərazilərin xəritələri ilk gündən verilməli, insanlar bu bəladan uzaq qalmalı idilər. Bu gün biz Qazaxın dörd kəndinin qaytarılmasını iftixarla qeyd edir, qələbələrimizi alqışlayırıq. Azərbaycan Prezidentinin düşünülmüş, uzaqgörən siyasətini xalqımız yüksək qiymətləndirir. Ancaq beynəlxalq aləm, Qərb Azərbaycanın uğurlarını həzm edə bilmir. Eləcə də Ermənistanın təcavüzü, onun bədnam, məkrli siyasəti barədə bir kəlmə belə danışılmır.

Bu gün ərazilərimizin minalardan təmizlənməsi prosesi isə uğurla davam etdirilir. Sözsüz ki, torpaqlarımız gec-tez tamamilə minalardan təmizlənəcək. Bu çətin, məhsuliyyətli bir iş olsa da, Azərbaycan xalqı və dövləti hər bir çətinlik kimi bunun da öhdəsindən gələcək”.