Elnur Uğur Abdiyev : - Göz yaşım dam- dam damır...
Ədəbiyyat
09:20 / 15.01.2025
Baxış sayı: 2508
Göz yaşım dam- dam damır-
İçimə, ağlayıram.
Dünən, bu gün və sabah,
Üçümə ağlayıram.
Ayağımdan- başacan,
Yaşadım bu yaşacan.
Gedəndə nə qoşacam
Köçümə, ağlayıram?!
Anam,qıldığın namaz,
Daha əlimdən tutmaz.
Dedin: " kişi ağlamaz"
İncimə, ağlayıram!