Elnur Uğur Abdiyev : - ADƏM

Yenə də eşqdən sərxoşsan,
Daha içmə, a dəm, Adəm!
Sevmək üçün qovulmuşsan,
Cənətindən Adəm- Adəm.
Həsrət soyundum, eşq geyim.
Eşqsiz canımda yox heyim.
Tanrı meyimdir eşq meyim,
Son vədəmdi, o son badəm.
Hər gün qaçmaq var özündən,
Hər gün düşmək var gözündən.
Yarandım bir ol sözündən,
Vuruldum dolmamış vədəm.