Əli Hacı Ağaevli - Çıxdım yazdan bayıra

Ədəbiyyat 12:05 / 14.12.2025 Baxış sayı: 1168

Çıxdım yazdan bayıra,

Orda da zülüm varmış !

Zülüm hər yerdə olur,

Hər yerdə ölüm varmış !

 

Çıxdım günün üzünə,

Günüm rəngi qaraymış !

Keçmişim gələcəyi,

İçində darayırmış !

 

Çıxdım Ayın üzünə,

Suda gördüm özümü !

İslandım göz yaşında,

Oda tutdum üzümü !

 

Çıxdım dünyadan çölə,

Boşluq hökmiran imiş !

Boşluqda an yaşamaq,

Xərclənən zaman imiş !

 

Çıxdım Tanrıya sarı,

Yolun başı ağarmış !

İş görən iki nəfər,

Yeyən on ağa varmış !