Əçrəf  Veysəlli - EYLƏMƏZ

Ədəbiyyat 08:47 / 14.12.2025 Baxış sayı: 1279

 

Çəmən gələ, çiçək gələ,

Güllər göyçək-göyçək gələ,

Ürəyimi bundan belə

Baği- gülüstan eyləməz.

 

Həsrət salıb məni dərdə,

Gözlərimə çəkib pərdə.

Ağlı olan ayrı yerdə

Heç gedib məkan eyəməz.

 

Ərənləri dönməz, qəti

Dar gündə də igid, mətin.

Kim canını bu millətin

Yolunda qurban eyləməz?!

 

Qan ağlaya daş da belə,

Yaz da belə, qış da belə,

Bağrı yanıq quş da belə,

Mənim tək əfqan eyləməz.

 

Qəm gəldikcə qəmin üstə,

Durum qaçım kimin üstə?

Görüşməyə yaxın dost da

Vaxt tapıb imkan eyləməz.

 

Əşrəf! Yaşa el içində.

“El içində- öl içində.”

Adam belə ağır gündə

Dostu imtəhan eyləməz.

1990-cı il.