Əbülfət Mədətoğlu : - Yumul gözlərim, yumul...

Ədəbiyyat 07:27 / 01.03.2024 Baxış sayı: 2063

 

Özünə o, gözü sən

bağlaya bilmirsənsə...

Özündə o, gözü sən

saxlaya bilmirsənsə -

yumul gözlərim, yumul...

 

Didən lilin mədəni

daşdı qəmin bədəni !..

O vaxtı, bu vədəni

ağlaya bilmirsənsə -

yumul gözlərim, yumul...

 

Bir cüt şam tək yanaraq

yana-yana anaraq...

Özünə inanaraq

çağlaya bilmirsənsə -

yumul gözlərim, yumul...

 

O dağı, bu dənizi

öpdüyün o bənizi...

Ürəyinin əkizin

tağlaya bilmirsənsə -

yumul, gözlərim, yumul...