Əbülfət Mədətoğlu : - Bir ŞƏKİLƏ etirafım

Gündəm 09:10 / 04.12.2023 Baxış sayı: 2320

 

Gecikmiş məktub kimiyəm -

Oxunmuram...

Qəm didib yeyir içimi -

Toxunmuram...

 

Yorulmuş atın tərkin

Buraxmır, ömür sərgin!

Mən ,istədiyin hər gün -

Doğulmuram!

 

Bu sirr yad deyil dilə,

Deyim bil, bilə -bilə

Asırsan saçın ilə -

Boğulmuram...

 

Sınasan da hər necə,

Qoşulmuram hər köçə!

Kölgə deyiləm , gecə -

Yox olmuram!..