Bəhruz Niftəliyev - Darıxanda nə edim ki, biləsən?
Darıxanda nə edim ki, biləsən?
Bulud olum, yağış olum, yağım mən?
Qanım qara, canım yara, bil əsən
Küləklərlə sığallaram axı mən!
Darıxanda nə edim ki, biləsən?
Şammı edim, danmı edim ruhumu?
Darıxanda nə edim ki, görəsən?
Yanıb külə tənmi edim ruhumu?
Yarı mənəm, yarı qəməm ömrümün,
Yürü mənlə, yeri mənlə ölmümün
Üstə gedək, tutsa bil ki, ürəkdi,
İstə görək, tabı varmı dözmümün?!
Dadı varmı, ardı varmı həyatın?
Sənsiz çətin, səsiz canım ağrıyır.
Mənki çoxdan ölərdim, buz dünyada,
Bu boz yerdə məni Allah saxlayır.
Saxlayır ki, çəksin ruhum əzabı,
Sınağımı, ya Allahın qəzəbi?
Dinim sənsən, dilimdəki əzbəri
Darıxanda nə edim ki, biləsən?
14.12.2025