Bəhram Bilaloğlu : - Fəryad etmə, səssiz ol ki...
Fəryad etmə, səssiz ol ki,-
Çatsın səsin, tək Allaha.
Səssizlikdə sirrlər vardır-
Açsan əgər yıxar, taha.
Dialoqlar aşkar olmaz-
Car çəkmə gəl aləmlərə.
Gördüklərim həqiqətdir-
Yazın əhli qələmlərə.
Ruhumdadır, aldığım güc-
Eşq yolunda sipər olur.
Durur hər an, nəfsə hakim-
Səssizlərə vəfa qılır.
Cücərdikcə fikirlərim-
Ağac olur,meyvə verir.
Sevənlərim nərdivansız-
Addım atır,fayda dərir.
Həyatımı nizamlayan-
Yaradanın varlığıdır.
Həyatından küsən varsa-
Onun əqli darlığıdır.