Bağanis Ayrım kəndində minatəmizləmə işləri aparılır
Azərbaycana qaytarılan Bağanis Ayrım kəndində Ermənistan qüvvələrinin qurduğu müdafiə zonası minalardan təmizlənir.
Yenises.az "Unikal"-a istinadla xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
“Daxil olan məlumata görə, hazırda Bağanis [Ayrım] kəndinin müdafiə zonasında minatəmizləmə işləri aparılır”, – məlumatda bildirilib.